Əfqanıstanda ən azı 6 partlayış - ONLARLA YARALI VAR

Baxış sayı: 
31
1  
0  

Hurriyyet.org xəbər verir ki, Əfqanıstan mətbuatında yayılan xəbərə görə, ölkənin şərqindəki Nangarhar vilayətində ən azı 6 məntəqə baş verən partlayışlar nəticəsində ilkin məlumatlara görə 66 nəfər yaralanıb.
 
Terrorçular şəhərin müxtəlif nöqtələrinə partlayıcı maddələr yerləşdiriblər. Hələlik partlayışa görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.
 
Dünənki terror aktını İŞİD öz üzərinə götürüb
 
Kabul şəhərində dünən şiə müsəlmanların sıx yaşadıqları rayonda Kasri Dubai adlı şadlıq sarayında baş verən kamikadze partlayışı nəticəsində aralarında qadınların və uşaqların da olduğu 63 nəfər həlak olmuş, 182 nəfər yaralanmışdı. Həmin terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.

Загрузка...
Загрузка...