"Əflatun Amaşovun təklifini dəstəkləyirəm, biz bu məsələdə xeyli kecikmişik..." - Azər Həsrət

Baxış sayı: 
33
1  
0  
“Dünya internet, yeni texnologiyalar dünyasıdır və belə bir şəraitdə düşünmürəm ki, artıq kağız üzərində çap olunan informasiya daşıyıcılarına maliyyənin ayrılması o qədər faydalı olsun”
 
Turaninfo.org xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun onlayn mediaya pul ayrılması təklifinə münasibət bildirərkən deyib. A.Həsrət bildirib ki, onlayn mediaya maliyyə ayrılması dilimizin də inkişafına müsbət təsir edə bilər:
 
“Onlayn mediaya pul ayrılması məsələsi ilə bağlı həm Mətbuat Şurası və şəxsən mən özüm də illərdir həyəcan təbili çalırıq. Yəni biz düşünürük ki, indiki şəraitdə Azərbaycan dövləti daha çox onlayn mediaya maddi dəstək verməlidir və eyni zamanda texniki problemlərin həlli üçün əlavə dəstək verilməsi də yerinə düşərdi. Dünya internet, yeni texnologiyalar dünyasıdır və belə bir şəraitdə düşünmürəm ki, artıq kağız üzərində çap olunan informasiya daşıyıcılarına maliyyənin ayrılması o qədər faydalı olsun. Biz düşünməliyik yeni texnologiyaların gücündən maksimum istifadə edək. Bu da təbii ki, onlayn medianın gücləndirilməsi ilə mümkündür. Ona görə də Əflatun Amaşovun təklifini dəstəkləyirəm və düşünürəm ki, biz bu məsələdə xeyli kecikmişik. Azərbaycan dövləti daha öncəki illərdə bu addımı atmalı idi, amma gec olsa da, olsun və artıq 2019-cu ildən bu addım atılmağa başlamalıdır. Başlanarsa, birincisi onlayn medianın keyfiyyəti yüksələcək, ikincisi də onlayn mediaya güvən artacaq”. 
 
Azər Həsrət bildirib ki, bunun dilimizin inkişafına da müsbət təsiri olacaq:
 
“Bu yaxında cənab prezident İlham Əliyev Azərbaycan dilinin qorunması ilə bağlı fərman verdi və o fərmandan irəli gələn vəzifələrin də icra olunmasında onlayn medianın rolu yüksəlmiş olacaq. Bilirsiniz ki, onlayn media qurumlarının əksəriyyətinin ciddi müliyyə resursları olmadığına görə onlar xüsusən də ana dilimizin istifadəsi məsələlərində problemləri aradan qaldıra bilmirlər. Amma əlavə maliyyə vəsaiti olarsa, düşünürəm ki, ana dilimizdən daha uyğun və daha keyfiyyətli şəkildə istifadə edilməsi üçün şərait yaranar. Bütövlükdə fikrim ondan ibarətdir ki, onlayn mediaya vəsait ayrılacağı təqdirdə, biz həm də Ermənistanla və bizə qarşı olan qüvvələrlə informasiya müharibəsini yeni bir mərhələyə daşıya bilərik”.
 
Загрузка...
Загрузка...