Fizuli Məmmədov və RAİ rəhbərliyi “Yeni Müsavat” qəzetini ziyarət etdi – FOTOLAR

Baxış sayı: 
44
3  
0  

 
Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov və təşkilatın idarə heyətinin üzvləri “Yeni Müsavat” qəzetini ziyarət ediblər. Ziyarətin məqsədi qəzetimizin 30 illik yubileyini təbrik etmək olub.
 
RAİ mətbuat xidmətinin rəhbəri Anar Həsənov musavat.com-a deyib ki, 30 ildir, Azərbaycan xalqına informasiya xidməti göstərən “Yeni Müsavat” qəzetinin yubileyi bütün azərbaycanlılar üçün əlamətdar hadisədir. O, bildirib ki, RAİ hər zaman “Yeni Müsavat” Media Qrupuna daxil olan TV Musavat və minval.az saytları ilə uğurlu əməkdaşlıq edib.
 
Fizuli Məmmədovu müşayiət edən qonaqlar haqqında məlumat verən A.Həsənov sonra RAİ prezidenti adından redaksiyaya nootbuk hədiyyə edib.
 
Qonaqlar Mais Cəfərov, Konstantin Tarasov (DAM fondunun vitse-prezidenti), Səftər Rəhimli qəzetimizə və media qrupumuza böyük uğurlar arzulayıblar.
 
Sonda xatirə fotosu çəkilib.
 
Musavat.com

Загрузка...
Загрузка...