FIFA "The Best" mükafatı ilə bağlı federasiyalara sorğu göndərib

Baxış sayı: 
71
1  
0  

Noyabrın 15-də FIFA-nın "The Best" mükafatı üçün səsverməyə start veriləcək.

"Turaninfo.org" "sport.pl" nəşrinə istinadən xəbər verir ki, artıq bununla bağlı qitə futbol qurumuna üzv olan 211 milli assosiasiyaya sorğu göndərilib.

Yığma komandaların baş məşqçiləri və kapitanları ilə yanaşı, azarkeşlərlə qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcəkləri səsvermə dekabrın 9-dək davam edəcək.

Respondentlər dünyanın ən yaxşı baş məşqçisi, qapıçısı və sahə oyunçusu nominasiyaları üzrə səs verəcəklər.

FIFA hələlik ilin qalibi adına namizədlərin adlarını açıqlamayıb. Dekabrda İsveçrədə baş tutacaq mükafatlandırma mərasimi tamaşaçıların iştirakı olmadan keçiriləcək.

Qeyd edək ki, 2019-cu ildə bu mükafatı Argentina millisinin və İspaniya "Barselona"sının kapitanı Lionel Messi qazanıb.

Загрузка...
Загрузка...