Feysbuk bu xidməti LƏĞV EDİR: 6 fevraldan...

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan feysbuka “bəyən” işarəsi ləğv edilir.
Publika.az xəbər verir ki, şirkət artıq bununla bağlı dəqiq tarix də açıqlayıb. 6 fevral 2018-ci ildən sosial şəbəkədə “bəyən” işarəsinin qismən qaldırılacağını bəyan edib.
Bir müddət əvvəl feysbukda “bəyənməmək” (dislike) seçiminin əlavə ediləcəyi müzakirə olunurdu. Ancaq bunun narahatlıq yarada biləcəyi nəzərə alınaraq istifadəyə verilmədi.
Feysbukun son dəyişikliyi nə qədər sərt görünsə də, onun əvəzləyiciləri də olacaq. İstifadəçilər “like” əvəzinə özlərinin istədikləri işarələri əlavə edib, ondan istifadə edəcək.
Gülxar

Загрузка...
Загрузка...