FETÖ Ərdoğanın özəl şifrəli telefonunu 45 saniyədə necə dinləyib? - ŞOK DETALLAR

Baxış sayı: 
342
0  
0  

2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən dövlət çevrilişinin şok detalları ortaya çıxıb.
Publika.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyi şifrələnmiş 4 mobil telefon dəfələrlə dinlənilib.

Dövlətin ali səviyyəli şəxslərinin telefonlarını qanunsuz şəkildə dinləməklə bağlı təşkil edilən məhkəmə prosesinin nəticələri artıq bəlli olub. Belə ki, Türkiyə Kommunikasiya Nazirliyinin keçmiş vitse-prezidenti Osman Nihat Şən ilə çevriliş əsnasında “Axıcı” bazasında olan FETÖ-nün imamı Harun Binişin də daxil olduğu 24 müttəhimin 10 il 6 ay ilə 68 il 3 ay arasında həbs cəzasına məhkum edilməsi təklif edilib.

İstintaq zamanı dövlətin ali səviyyəli məmurlarının telefonlarının dinlənilməsinin 16 sentyabr-31 dekabr 2013-cü aralığında baş verdiyi məlum olub.
TÜBİTAK hərbi sənaye şirkəti “MİLCEPK2" şifrəli telefonların necə dinlənilə biləcəyinə dair araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, dövlətin ali səviyyəli şəxslərinin istifadə etdiyi telefonlarda iki zəif nöqtə var. Birincisi, cihazlara yüklənən sertifikatların bəlli olması, ikincisi isə telefonların bəlli bir sayda istehsal edilməməsidir. Şirkətin araşdırmasına görə, bu iki zəif nöqtə şifrəli danışıqların 45 saniyədə, çox az bir büdcə ilə dinlənilməsinə şərait yaradır.
Zümrüd

Загрузка...
Загрузка...