Fədayə etiraf etdi: “Tacirlə 1 saata ən azı…” – Video

Baxış sayı: 
144
1  
0  

 
Müğənni Fədayə Laçın “Hüseynova bacıları” verilişində qonaq olub.
 
Teleqraf.com xəbər verir ki, Fədayə Laçın müğənni Tacir Şahmalıoğlu ilə münasibətdən danışıb: “Bu yaxınlarda birlikdə toydaydıq. Nə söhbət olubsa, mən olmayan dövrdə olub. Eşitdiyimə görə, dalımca yaxşı danışmayıb. O da deyir ki, mən pis heç nə deməmişəm, jurnalistlər fikrimi dəyişib, yazıb. Bu, özünün mənə üz-üzə dediyi sözdür.
 
İndi mən onunla niyə toya getməməliyəm ki? Mənim nə onunla, nə də ümumiyyətlə bu sənətdə heç kimlə davam olmayıb. Nə hamı ilə yaxınam, nə də uzaq. Problemsiz yaşayışım var.
 
Məndə elə xasiyyət yoxdur deyəm ki, filankəs o toydadırsa, ora gəlmirəm. Söz-söhbətə yazılanlara fikir verən insan deyiləm. Yazanlar da bilsinlər ki, məni qətiyyən qıcıqlandıra bilməzlər.
 
Çünki mən cılız insan deyiləm və cılız yazılara fikir verim, bir yazıya görə kiminləsə problem yaşayım. Problem həll edən insanam, yaradan deyiləm. Tacir oxuduğu toyda gedib oxuyub, 1 saata 2-3 min manat pulumu alıramsa, niyə gedib onu qazanmayım ki?..”

Загрузка...
Загрузка...