​Fazil Mustafa Şah İsmayıl Xətaiyə QARŞI

Baxış sayı: 
45
0  
0  

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür. Azərbaycan cəmiyyəti, məmləkətin gəncləri, ziyalı kəsimi onu olduğu kimi tanıyırmı? Elçibəyin vaxtilə təsis etdiyi bu medalın it-bata salınmasına niyə bu günədək onun silahdaşları tərəfindən kəsərli münasibət sərgilənməyib?
 
Elçibəyin silahdaşı, millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında deyir ki, bu medalın indiyədək heç kimə verilməməsi çox doğru qərardır, çünki...:
 
"Əslində bu medalın verilməsinin əleyhinəyəm. O dövrdə insanların Şah İsmayıl Xətai barəsində bilgiləri ideoloji yalanlar üzərində qurulduğundan böyük əksəriyyət qəhrəman kimi bu obraza baxırdı. Zaman ötdükdən sonra ağıllı insanlar anladılar ki, Azərbaycanı birləşdirmək, dilimizi dövlət dili elan etmək ideoloji yalandan başqa bir şey deyildir. Rəsulzadənin, Əhməd Ağaoğlunun, Mirzə Ələkbər Sabirin bu məsələyə münasibəti daha sağlamdır. İndi bu mükafatı kimə verəcəklər? Dinimizə ən çox təfriqə gətirənlərəmi? Ən çox türk öldürənəmi? Səfəviliyin Xomeyniçilikdən heç bir fərqi yoxdur, belə bir medalın təsis olunması bizim o dövrdəki yanlışımız sayıla bilər. Nadir Şah ordeni olsaydı, Cavad Xan ordeni olsaydı anlayardım, çünki bu millətin gerçək qəhrəmanları onlar olmuş. Bu ordeni ümumiyyətlə ləğv etmək lazımdır. Əks halda bunu ancaq separatçılara vermək mümkün olacaq. Yaxşı ki, bu günədək həmin medal kimsəyə verilməyib, ancaq qalmasının da bir mənasını görmürəm". \\Yeni Sabah

Загрузка...
Загрузка...