Farslar erməniləri tək qoymadı – İrəvana daşınan malların siyahısı genişləndi

Baxış sayı: 
619
2  
0  

Rəsmi İrəvanla Tehran arasında yükdaşıma istisnalarının siyahısı genişləndirilib.

konkret.az erməni mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın İqtisadiyyat Nazirliyi yayıb.

Mənbə bildirir ki, hökumətin 24 fevral 2020-ci il tarixli qərarına dəyişiklib edilib və iki ölkə arasında iqtisadi əhəmiyyət daşıyan yüklərin daşınmasına icazə verilib.

Üstəlik malların daşınmasına Ermənistan Səhiyyə Nazirliyinin yazılı razılığı əsasında Dövlət Gəlirlər Komitəsi icazə verir.

Digər malların daşınması isə Meğri keçid məntəqəsinin ötürmə qabiliyyəti nəzərə alınmaqla həyata keçirilir.

Haşiyə: Məlumdur ki, koronavirusun tügyan etdiyi bir vaxtda bəzi ölkələr, xüsusilə Ermənistan gündəlik daxili bazarın tələbatını yerli istehsalın olmaması ucbatından ödəməyə bilmir. Artıq müstəqilliyimiz dövründə dəfələrlə şahid olmuşuq ki, İrəvanı belə dar anlarda İran hakimiyyəti tək qoymur. Sanki onlar zavallı erməni xalqına dəstək vermək üçün Tanrı qarşısında bir öhdəlik götürüblər. Bir neçə gün əvvəl Baş nazir Nikol Paşinyan ölkədə qida məhsullarının çatışmazlığı mövzusunda mətbuat konfransı keçirmişdi. Yəqin qabaqlayıcı tədbir kimi, o, Tehrana müraciət edib və qarşı tərəf də Nikolun bu yalvarışına “hə” cavabını verib. 

 
Загрузка...
Загрузка...