​Faiq Ağayev siyahıya alındı - Foto

Baxış sayı: 
62
1  
0  

 “Müraciətim operativ şəkildə müsbət həllini tapdı”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev Dövlət Statistika Komitəsinin keçirdiyi siyahıyaalma prosesinə cəlb olunduğu barədə "Facebook" paylaşımında yazıb: “Dövrün müsbət tərəfləri odur ki, sosial şəbəkələr var, insan vasitəçisiz irad bildirə bilir, üstəlik, mətbuat da yazılanları diqqətlə izləyir, dərc edir. Nəticədə irad bildirdiyin qurum hərəkətə keçir. Həmin paylaşımdan sonra mənə Statistika Komitəsindən zəng gəldi, oranın rəhbəri narahatlığımdan xəbərdar olduğunu bildirdi, bu məsələdə göstərdiyim həssaslıq və prinsipiallığımı təqdirəlayiq adlandırdı. Bu günsə gəlib məni siyahıyaalınmada iştirakımı təmin etdilər. DSK rəhbərliyinə, əməyi keçən hər bir Komitə əməkdaşına minnətdaram".
 
Xatırladaq ki, Faiq Ağayev bir neçə gün öncə Dövlət Statistika Komitəsinin keçirdiyi siyahıyaalınma prosesinə cəlb olunmadığına görə narazılıq etmişdi.

Загрузка...
Загрузка...