Fahişəlik, seksual köləlik, insan alveri... – Rusiyadan ŞOK İTTİHAMLAR

Baxış sayı: 
45
1  
0  

Suriyada “Er-Rukban” düşərgəsinin administrasiyası qaçqınların təhlükəsizliyini təmin etmək iqtidarında deyil, orada fahişəlik, oğurluq, azyaşlıların seksual istismarı və insan alveri çiçəklənir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Cenevrədə atəşin dayandırılması və humanitar kömək üzrə qruplarda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Yuri Tarasov qaçqınların qayıdışı üzrə Rusiya və Suriya qərargahlarının iclasında bildirib.

O qeyd edib ki, düşərgədə insan alveri geniş yayılıb. Tarasovun sözlərinə görə, düşərgədə nikahlar, ölüm və doğumların qeydiyyatı aparılmır.

İclasda həmçinin qeyd edilib ki, "Er-Rukban"da humanitar vəziyyət kritik səviyyəyə çatıb.

Həmçinin, iclasda iştirak edən Rusiya Müdafiə Nazirliyinin Milli idarə mərkəzinin müdiri, general-polkovnik Mixail Mizinsev düşərgədə qaçqınların vəziyyətini İkinci dünya müharibəsində yaradılan həbs düşərgələrindəki vəziyyətlə müqayisə edib.

“Düşərgəyə KİV nümayəndələri niyə buraxılmır? Bunun izahı odur ki, orada həqiqətən nələrsə gizlədilir. Bu barbarlığa görə kim məsuliyyət daşıyır? Cavab üzdədir. ABŞ Suriya ərazisində mövculuğuna İŞİD terror qruplaşması ilə mübarizəylə bəraət qazandırırdı. Amma indi Suriyanın cənubunda İŞİD yoxdur! Onda, orada ABŞ qoşunları hansı məqsədlə qalıb? Beynəlxalq təşkilatlar tərəfindən qaçqınlar düşərgəsinə göndərilən bütün ərzaq döyüşçülər tərəfindən ələ keçirilir.

O, dünya cəmiyyətini “Er-Rukban” məsələsində ABŞ-a təsir etməyə çağırıb.

“Rusiya ABŞ-ı Suriyanın Et-Tanf bölgəsində 55 kilometrlik zonada qanunsuz işğala təcili son qoymağa çağırır. Bura Suriyanın suveren ərazisidir”, - general deyib.

Загрузка...
Загрузка...