Eyvanda siqaret çəkdiyinə görə ilk cəriməni bu şəxs ödəyəcək - 4 min

Baxış sayı: 
25
2  
0  

 
Rusiyanın Stavropol diyarının İzobilnıy şəhərinin sakinini eyvanda eyvanda siqaret çəkərək yanğın törətdiyinə görə cərimələnib.
 
 
Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu haqda FHN-nin regional bölməsinin rəsmisi Oleq Deqtyaryov məlumat verib. Deqtyaryovun sözlərinə görə, olayın günahkarı müəyyən edilibvə ona "yanğın təhlükəsizliyi tələblərinin pozulması” maddəsi ilə inzibati qaydada cərimə təyin edilib. Həmin şəxs 4 min rubl məbləğində cərimə ödəməli olacaq.
 
 
 
 
Xatırladaq ki, bu ilin sentyabr ayından Rusiyada eyvanda siqaret çəkmək və manqal yandırmaq qadağan olunub. Yeni qanuna görə mənzillərinin eyvanlarında siqaret çəkən və ya manqal yandıranlar 1 oktyabr tarixindən etibarən 3 min rubl cərimə ödəyəcək. Bu qərarın verilməsinə səbəb isə yanğın riskini azaltmaqdır.
 
 
 
 
 
Selcan
 
Sfera.az

Загрузка...
Загрузка...