​Evlənməyə hazırlaşan məşhur QƏZƏBLƏNDİ: “İstəmirsən dəbdəbəli toy, get “ASAN xidmət”ə...”

Baxış sayı: 
108
1  
0  

“Neçə vaxtdır kənardan seyr edirəm və analiz aparmağa çalışıram. Məsələ toyların açılıb-açılmaması deyil. Maraqlı olan insanların toylardan pul qazananlara neqativ reaksiyasıdır. Musiqiçi, oxuyan, aparıcı var 50 manata, eləsi var 25 000 manata toya gedir. Cibinə uyğun seçim et və çağır”.
 
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Cavid Gül sosial şəbəkədə yazıb.
 
Müğənnilərin toya baha qiymətə getməsini tənqid edənlərə aparıcı belə cavab verib:
 
“İstəmirsən dəbdəbəli toy, get “ASAN xidmət”ə bitsin. Niyə şou əhlini atəşə tuturlar, bahalığından şikayət edirlər? Yası da eləcə, istəsən dəbdəbəli yas et, istəsən basdır, gəl evə. Bayaq bir nəfərin yazısını oxudum: deyir müğənni başqa iş tapsın. Deyək ki, müğənni tapdı: bəs fotoqraf, musiqiçi, süfrəbaşı, gəlinlik mağazaları, gözəllik salonları, orada çalışan ustalar? Yüz minlərlə insanın eyni anda iş tapması çox çətindir. Az-çox pulunu yığan xərcləyir. Pulu bitən isə danışır.
 
Yaxşı olardı bu barədə alimlər aranı daha da qızışdırmasın, şou əhli isə bir az səbr etsin. İnşallah, ölkəmizdə sabitlik olsun, insanlar sağlam qalsın, bunu da ötürərik. Hamımıza çətindir, dünyada bu problem yaşanır”.

Загрузка...
Загрузка...