Evli qadınla görüşə gələn kişidən dəhşətli əməl - Təfərrüat

Baxış sayı: 
66
2  
0  

 
Bakıda sevgi münasibətində olduğu qadının ərini bıçaqlamaqda ittiham edilən 1992-ci il təvəllüdlü Seyran Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
İş hakim Mahmud Ağalarovun icraatına verilib. Bu cinayət işi üzrə yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
 
İttihama görə, Sabunçu rayonu Ramana qəsəbəsində 1998-ci il təvəllüdlü Cəfər Əhmədov Seyran Əliyev tərəfindən bıçaqlanıb. Məlum olub ki, Seyran Əliyev Cəfər Əhmədovun həyat yoldaşı ilə qeyri-rəsmi münasibətdə olub.
 
Seyran Əliyev qadınla onların evində görüşən zaman Cəfər Əhmədov evə daxil olub. Onların arasında dava düşüb. Bu zaman Seyran Əliyev masanın üzərindəki bıçağı götürərək Cəfər Əhmədova zərbə endirib.
 
Sonuncu xəstəxanaya çatdırılıb, həkimlər onun həyatını xilas ediblər. Hadisəni törədən Seyran Əliyev polis tərəfindən saxlanılıb.
 
İstintaq orqanı tərəfindən Seyran Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...