Evli olan məşhur aktyora qadın və kişilərdən əxlaqsız təklif - İNANILMAZ ETİRAF

Baxış sayı: 
61
1  
0  

Kanal D-də yayımlanan "2-ci sayfa" proqramında qonaq olan aktyor Can Nergis evli olduğunu bildikləri halda qadınlardan və kişilərdən çox sayda əxlaqsız təkliflər aldığını etiraf edib.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor verilişdə bir neçə dil bildiyini qeyd edib:
 
“Evdən 17 yaşında ayrıldım. Bir çox dil bilirəm: tay, yapon, çin və ingilis. Mən xaricə yollananda turistlik məqsədi ilə getməmişdim. Ölkələrin daşını və torpağını görməyə getməmişdim. Onların küçə uşaqları ilə söhbət etdim. Mən o ölkəni hiss etmək və iş üçün getmişdim.
 
18-ci yaşımı Pekində qeyd etdim. 17 yaşımda internet üzərindən bir menecer ilə tanış oldum. Onun sayəsində xaricdə işləməyə başladım. Xaricə gedəndə atam "olmaz elə, biz də səninlə gələk” dedi. Mən isə razılaşmadım.
 
Çində 3 aylıq bir müqavilə bağladıq. Türkiyədə bir neçə dəfilədə çıxış etdim, sonra reklamda çəkildim. Ondan sonra da xaricə köçdüm. Zaman keçdikcə dünyanın bir çox yerində çalışdım.
 
Tailandda yaşayırdım. 2011-ci ildə Tomris Giritlioğlundan bir iş təklifi gəldi. Onu tanımırdım, mənə "oğlum dərhal buraya gəl, bir iş var, sənə baş rol verəcəyik. Sənin üçün çox yaxşı olacaq” deyə bildirdi.
 
Mən də evini belində daşıyan adam deyiləm, Tailandda bir həyat qurmuşdum. Gəlmək mənim üçün çətin idi, odur ki, etiraz etdim. “Mənimlə necə belə danışırsan?” deyib telefonu söndürdü. Sonra katibi zəng etdi. "Sizi bir həftə burada qonaq etmək istəyirik. Biletinizi alaq, gəlin bir sınayaq” - dedi. Mən də 2011-ci ildə Türkiyəyə gəldim. Aradan 2-3 həftə keçsə də, layihə başlamadı. Xaricə reklam çəkilişə dəvət etdilər, artıq darıxmağa başlamışdım. Odur ki, reklam təklifini qəbul edib Yaponiyaya getdim. Sonra yenidən zəng edib çağırdılar. Yenidən qayıtdım və biz layihəyə başladıq.
 
10 - 11-ci seriyadan sonra yenidən Tailanda getdim. İşlər olanda buraya gəlib-getməyə qərar verdim. 35-dən çox ölkədə çalışmışam. Dünyanı dolaşdım, amma həyat yoldaşımı burada tapdım. Ortaq dostlar vasitəsilə tanış olduq, çox xoşbəxtəm. 18 aylıq bir qızımız var. Həyat yoldaşım məni qısqanmır, hətta gözəl qızlarla tərəf müqabili olduğum zaman xoşbəxt olur. Hər hansı bir problemimiz yoxdur.
 
Karyeram boyu maraqlı təkliflər də almışam. Qadından, hətta kişilərdən də təkliflər gəlib. O zaman xaricdə yaşayırdım. Belə hallardan həmişə uzaq olurdum, önümə bir divar çəkmişdim. "Sevgilim ol, sənə bahalı avtomobil alım” deyənlər oldu. Onda 22-23 yaşım vardı. Sən qaçdıqca üstünə gələnlər də olur. Hazırda da evli olduğumu bilə-bilə mənə mesaj yazanlar var. Heç birinə cavab vermirəm”.

Загрузка...
Загрузка...