Etimad Əsədov Ərdəbildə anıldı

Baxış sayı: 
50
1  
0  

Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovun ağır xəstəlik səbəbindən vaxtsız vəfat etməsi Azərbaycanda olduğu kimi, qonşu İran dövlətində də üzüntü ilə qarşılanıb. Xüsusilə də Azərbaycan torpaqları uğrunda döyüşməyə hazır olan azərbaycanlı qardaşlarımız Qarabağ müharibəsi veteranının ölümündən təəssüflərini ifadə ediblər. Bu barədə İrana ezam olunan əməkdaşımız xəbər verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanın nümayəndə heyəti Qarabağa həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İrana səfər edib. Nümayəndə heyəti tədbirlərarası vaxt tapıb E.Əsədova baş çəkmək niyyətində olduğu halda, ağır xəbəri alıb.

Ərdəbil şəhərində keçirilən beynəlxalq konfranda çıxış edən QAT sədri Akif Nağı E.Əsədovun Təbriz xəstəxanalarının birində dünyasını dəyişdiyini iştirakçıların nəzərinə çatdırıb. “Bu gün çox ağır xəbər aldıq. Qarabağ müharibəsi veteranı, Qarabağ qazisi Etimad Əsədov Təbriz xəstəxanasında dünyasını dəyişib. Son günlərdə o, ağır xəstəlikdən müalicə olunmaqdan ötrü Təbrizə pənah gətirmişdi, amma Allahın məsləhəti beləymiş, burada dünyasını dəyişdi. Allahdan Etimad bəyə rəhmət diləyirik”-QAT sədri deyib.

Bütün zal E.Əsədova və şəhidlərimizə rəhmət diləyib və ruhuna dualar oxuyub.

Allah rəhmət eləsin!

P.S. Qeyd edək ki, Ərdəbildə Qarabağın işğalına həsr olunmuş möhtəşəm konfrans barədə geniş yazımız olacaq.

Загрузка...
Загрузка...