Etimad İsmayılovla vida mərasimi keçirilir - Yeniləndi/Foto

Baxış sayı: 
81
1  
0  

Dəfn mərasimində Milli Məclisin üzvləri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, sabiq müdafiə naziri Rəhim Qazıyev, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Hazırda mərhumun cənazə namazı qılınır.

***

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun dəfn mərasimi keçirilir.

Turaninfo.org xəbər verir ki, o, Sabunçu rayonunun Nardaran qəsəbəsində dəfn olunacaq.

Mərasimdə mərhumun ailə üzvləri və ictimaiyyət üzvləri iştirak edirlər.

Mərhumun cənazə namazı qəsəbənin Pir məscidində qılınacaq.

Qeyd edək ki, Etimad İsmayılov sentyabrın 19-da Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.

Загрузка...
Загрузка...