Ermənistanın Qərb bazarında çökən “məzənnəsi” - Moskva ilə “köləlik müqaviləsi” təhlükədə

Baxış sayı: 
120
2  
0  

 
Avropa və ABŞ-ın “tula payı”nın ümidinə qalan İrəvanın Rusiyaya qarşı riskli oyunlarının pərdəarxası; ermənilər həm qorxur, həm də Kremli qorxutmaq istəyirlər...
Nikol Paşinyan hökuməti ölkədə tüğyan edən koronavirus pandemiyası ilə daha da ağırlaşan sosial-iqtisadi problemlərin əlində girinc qalıb. Ermənistana xaricdən onsuz da düz-əməlli pul-para investisiya gəlmirdi, bu yandan da dünyadan tam təcrid durumun yaranması bu cırtdan ölkənin ac-yalavac əhalisinə əsl fəlakət gətirib.
 
Əgər sərhədlər tam bağlananadək Rusiya və Ukraynadan pul köçürmələri hesabına ölkə birtəhər ayaq üstə dayanırdısa, artıq pul köçürmələri də minimuma enib. Doğrudur, az öncə Avropa Birliyi dilənçi Ermənistana 90 milyon avro ayırıb. Ancaq bu yardımlar çətin ki, onu xilas edə bilsin. Əksər analitiklərə görə, Ermənistanda böhran getdikcə dərinləşəcək, bu, qaçılmaz prosesdir.
 
*****
 
Maraqlıdır ki, yaranmış vəziyyətdə Ermənistanda anti-Rusiya ovqatı get-gedə qızışır. Ruslar nə etsə də, belə görünür, erməniləri qane salmayacaq. Hətta təbii qazı Ermənistana havayı da versə, orada hesab edəcəklər ki, “elə belə də olmalıdır, çünki Ermənistan bölgədə Moskva üçün strateji əhəmiyyətli misilsizdir”. Halbuki məhz Rusiya Ermənistana lazımdır, nəinki əksinə. Bunu bilmək üçün ekspert olmağa da gərək yox.
 
Son günlər isə İrəvandakı Rusiya səfirliyinin yaydığı bəyanat işğalçı ölkədə az qala, siyasi fırtına yaradıb. Xatırladaq ki, bəyanatda Ermənistan ərazisində Rusiya telekanallarının yayımının, faktiki, dayandrılmasına gətirəcək yeni “Audiovizula media haqqında” qanun layihəsinə etiraz bildirilir və işğalçı ölkə incə şəkildə təhdid edilir - o cümlədən də Rusiyadakı erməni əmək miqrantları ilə.   
 
“Rusiya Ermənistanın dili və mədəniyyəti məkanına nəinki sadəcə qarışır, artıq ora kobud müdaxilə edir”.
 
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri erməni politoloq Levon Şirinyan İrəvan KİV-lərinə müsahibəsində Rusiya səfirliyinin məlum bəyanatını şərh edərkən deyib.
 
Rusiya əlini çəksə, Ermənistan xəritədən silinəcək” - Moskvadan ...
 
Onun fikrincə, “əgər ruslar əsəbləşirsə”, demək, onda “Ermənistan bu siyasi kursu davam etdirməli, milli mədəniyyətin sovet zir-zibilindən təmizlənməsinə qayıtmalıdır”.
 
Şirinyan hesab edir ki, bu, dil və mədəniyyətdən başlayan milli təhlükəsizlik məsələsidir. Sözünə davam edən erməni ekspert cəmiyyəti və iqtidarı bu prosesdən qorxmamağa çağırıb: “Qorxmağa ehtiyac yoxdur, bu - bizim ayrılmaz hüququmuzdur. Dilimizi itirə və ya xarici dillə əvəz edə bilmərik. Digər tərəfdən, bu, (səfirliyin bəyanatı - ”YM") ölkədəki “5-ci kolon”a ayağa qalxması üçün bir əmrdir, çekistlərə əmrdir, rus məktəblərinin qullarına bir əmrdir. Əsəbilik keçəcək. Ya da buna Ermənistan kanallarını bütün Rusiyaya yaymaqla simmetriya verilməlidir. Əgər dostuqsa, onda qarşılıqlı olmalıdır. Onlar bizim böyük qardaşımızdırsa, biz də öz mədəniyyətimiz və sivilizasiyamızla onlardan böyükük. Biz onlar üçün qan tökdük və bu qanın bir hissəsini özümüz üçün töksəydik, “Böyük Tiqran Ermənistanı”na sahib olardıq", - deyə erməni politoloq üstəlik, özündən razı şəkildə Rusiyaya minnət qoymağa çalışıb. Halbuki məhz rusların sayəsində ermənilər Qafqazda peyda olublar və üstəlik, “Ermənistan” adlı saxta dövlət qazanıblar.

 
Hərçənd bu “dövlət” sırf Rusiyanın hesabına kağız üzərində mövcuddur. Rusiyanın dəstəyi, himayəsi olmasa kağız üzərindəki varlığını da qısa zamanda qeyb edəcək. Buna görə, eləcə də Azərbaycanın yeni torpaqlarının işğalına görə Moskvaya minnətdar olmaq əvəzinə, xəstə təfəkkürü ermənilər tarixdə heç vaxt mövcud olmamış “Dənizdən dənizə Ermənistan”dan dəm vururlar.
 
*****
 
Rusiya Ermənistana son xəbərdarlıq etdi
 
O da diqqətçəkicidir ki, Levon Şirinyanın anti-Rusiya açıqlamasını Nikol Paşinyana yaxın saytların hamısı həvəslə tirajlayıb. Yəni bir daha qənaət hasil olur ki, Ermənistanda vaxtaşırı özünü göstərən anti-Rusiya isteriyasının arxasında, Kremlə qarşı de-marşlarda məhz Paşinyan hakimiyyəti dayanır.
 
Sual yaranır: Ermənistan, ermənilər belə cəsarətlidirsə, gerçəkdən də müstəqilliyə can atırsa, o zaman 1997-ci ildə Azərbaycan və Türkiyənin qorxusundan Rusiya ilə 50 illiyə imzaladıqları və 2047-ci ilədək qüvvədə olan “köləlik müqaviləsi” barədə niyə danışmırlar, nədən onun ləğvi məsələsini gündəmə gətirmirlər?
 
Çünki özləri də qorxurlar. Başqa bir sual isə əvvəlkindən doğur: İrəvanın Moskvaya qarşı son demarşları, riskli “müstəqillik oyunu” işğalçı ölkə üçün nə ilə bitə bilər?
 
Rasim Musabəyov: Bakı-Tbilisi–Qars dəmir yolu xətti geosiyasi ...
 
“Paşinyanın aqibəti heç də yaxşı olmayacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu fikri Teleqraf.com-a politoloq Rasim Musabəyov söyləyib.
 
“Paşinyan Kreml üçün yad ünsürdür. Onun danışması, yaltaqlanması ilə heç kəsi aldatmaq mümkün deyil. Sadəcə olaraq, Moskva itirmək istəmir. Ermənistanı azırda Paşinyana münasibət çox mənfidir. Bu, açıq-aydın görünür. Amma Paşinyan da öz ağlına görə manevrlər edir. Məsələn, müstəqilliyini nümayiş etdirir. Amma düşünürəm ki, sonda onun aqibəti heç də yaxşı olmayacaq”, - deyə o qeyd edib.
 
Hazırda Rusiya televiziya kanallarında Paşinyana qarşı açıq təbliğatın getdiyini söyləyən politoloq özünü “qərbçi-demokrat” kimi qələmə verməyə çalışan Ermənistan baş nazirinin Qərbdə də nüfuz yiyəsi olmadığına diqqət yönəldib: “Qərbdə Paşinyana deyirlər ki, sən özünü inqilab, demokratik prosesin lideri kimi təqdim edirsən, amma gedib Rusiyanın qucağında oturmusan. Qeyd edilir ki, Avropa Birliyinin qarşısında götürdüyün öhdəliklərlə bağlı addım atmamısan. Paşinyan istəyir ki, Gürcüstan və Ukraynaya ayrılan kimi Ermənistana da böyük pullar verilsin. Amma Ermənistana belə maliyyə yox, ”tula payı" verirlər. ABŞ da deyir ki, rusun qucağında oturmusan. Bu halda məndən nə istəyirsən? Onlar da pul vermirlər. Beləcə Paşinyan əslində “Əli aşından da, Vəli aşından da məhrum” olub. Üstəlik, ölkəyə investisiya da gəlmir. Səbəb odur ki, perspektiv yoxdur. Daxildə pulu olanlar isə düşünürlər ki, ən yaxşısı pullarını ölkədən çıxarmaqdır".
 
*****
 
Yəni yenə ümid qalır Rusiyaya. Zatən, Ermənistan onsuz da Rusiya üçün müəyyən dəyəri “qulpsuz çamadan” kimidir. Moskva onu nə atıb gedə bilir, nə də rahat daşıya. Amma Kreml “çamadan”dan qayğısını da əsirgəmir. Üstəlik, Azərbaycanı hərbi yolla öz ərazilərini azad edib Ermənistanı cəzalandırmağa qoymur. Di gəl, nankor və ərköyün erməni yenə Rusiyadan narazıdır. Hətta belə görünür ki, Qərbin ona “qulp” düzəltməsi ilə bu dəfə sonuncuya yük olmağa hazırlaşır, Moskvaya dönüklük eləməyi planlaşdırır. Alınacaqmı?

 
Bir şeyə şübhə yox ki, Kremlə özünə qarşı belə “palazaltı” demarşları və xəyanəti cavabsız qoymayacaq...
 
Analitik xidmət,
“Yeni Müsavat

Загрузка...
Загрузка...