Ermənistanda qızıl mədənində toqquşma...

Baxış sayı: 
129
1  
0  

 
Ermənistanın Amulsar qızıl mədəni ətrafında gərginlik yenidən pik həddə qalxıb.
 
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, 4 avqustda, axşam saatlarında mədənin istismarına qarşı çıxanlarla polis arasında toqquşma baş verib. Əraziyə çoxsaylı polis əməkdaşları cəlb edilib və çoxsaylı etirazçı nəzarət altına alınıb. Saxlanılanlar arasında “Yaşıl gələcək” ekoloji ictimai təşkilatının sədri Vaaqn Vardanyan da var.
 
Vayotsdzor bölgəsinin polis rəisi və “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan da hadisə yerindədir.
 
Məlumatda deyilir ki, bu gün “Lydian Armenia” kampaniyasının mühafizə xidmətinin mədənə gəlməsi gərginliyi tətikləyib. Belə ki, qızıl mədənini istismar etmək istəyən şirkətin əməkdaşları özlərinin vaqon evlərini quraşdırmaq istəyiblər. Bu isə ekoloqların, ictimaiyyət nümayəndələrinin və siyasi xadimlərin etirazına səbəb olub.
 
Uzun illər boyunca ABŞ-ın “Lydian International" şirkəti tərəfindən istismar olunan Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal edilir. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərgüşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir. Ekoloqlar mədəninin istismarının ekoloji fəlakətə gətirib çıxardığını əsas gətirərək onun qapadılmasında israr etsə də, hakimiyyət əks mövqedədir.

Загрузка...
Загрузка...