Ermənistanda qiyam: Hərbçilər işğal olunmuş Qarabağa getməkdən imtina etdilər

Baxış sayı: 
54
2  
0  

Ermənistan ərazisində xidmət edən daxili qoşunların zabit və polis nəfərləri Azərbaycanın işğal edilmiş ərazilərində xidmət etməkdən kütləvi şəkildə imtina edib.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən, cari ilin avqust ayından başlayaraq daxili qoşunların şəxsi heyyətinin Azərbaycan-Ermənistan təmas xəttinə yaxın cəbhəboyu rayonlara 15 günlük xidməti ezamiyyətə göndərilməsi barədə qərar verilib. Lakin bu qərardan sonra, Dağlıq Qarabağa xidmətə göndərilmək üçün seçilən daxili qoşunların hərbçiləri vəzifə maaşlarına ediləcək 32.000 dram (112.51 manat) məvacibdən rəsmi olaraq imtina edərək dövlətlə bağladıqları müqavilələri pozmağa başlayıblar.

Daxili qoşunların zabitləri bildiriblər ki, onlar müqavilələrində göstərildiyi kimi yalnız Ermənistan Respublikası ərazisində xidmət edəcəklərini öhdəlik kimi götürüblər. Digər ərazilərə, xüsusən təhlükəli Azərbaycan-Ermənistan təmas xəttinə xidmətə göndərilmələri dövlət ilə bağladıqları müqavilə ilə ziddiyyət təşkil edir və heç bir hüquqi əsası yoxdur.

Daxili qoşunlar sistemindən ayrılan hərbçiləri müqavilələrində göstərilmədiyi halda, dövlətin pul müqabilində onları başqa ərazilərə xidmətə göndərməsinə hüquqi qiymətin verilməsini, həmçinin hökuməti müqavilələri pozduğuna görə beynəlxalq məhkəməyə verib, təzminat tələb edəcəklərini bildiriblər.

Ermənistanda Daxili qoşunlarda xidmət edən hərbçilərin Dağlıq Qarabağa getməkdən imtina edərək hüquqlarını müdafiə etməsi Ermənistan sosial şəbəkələrində böyük rezonansa səbəb olub. Belə ki, eyni vəziyyətin Dağlıq Qarabağa göndərilən Ermənistan Müdafiə Nazirliyinə tabe olan hərbçilərə də aid olduğunu təsdiqləyən sosial şəbəkə istifadəçiləri bildiriblər ki, Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri Ermənistan Respublikasına xidmət etməlidirlər, onların Dağlıq Qarabağa getməsi qeyri-qanuni hesab olunmalıdır.

Xəbərdə qeyd olunur ki, hərbçilərin Dağlıq Qarabağda xidmətdən imtinası barədə fikirlərə Ermənistan Daxili və Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq münasibət bildirilməyib.

Загрузка...
Загрузка...