Ermənistanda iqtidar deputatı parlamentin vitse-spikerini fiziki “haqq hesabla” hədələdi

Baxış sayı: 
35
1  
0  

“Ermənistan Milli Assambleyasının vitse-spikeri Eduard Şarmazanov öz sözlərinə fikri versin və həddini aşmasın”.
Turaninfo.org Musavat.com-a istinaden xəbər verir ki, Ermənistan parlamentindəki “Çıxış” blokunun deputatı, hazırda Nikol Paşinyanın “Mənim addımım” blokundan namizədliyini irəli sürən Alen Simonyan Şarmazanovu bu sözlərlə təhdid edib.
Alen Simonyanı özündən çıxaran Şarmazanovun “iqtidarın KTMT baş katib postunu itirməsi səbəbindən ölkədə həbslərə başlaması” barədə sözəri olub.
Deputat vitse-spikerə baş nazir Nikol Paşinyana hörmətlə yanaşmasını tələb edib.
“Məsləhət görərdim, Eduard Şarmazanov nəzakət qaydalarından kənara çıxmasın. Çünki əks təqdirdə şəxsən mənim tərəfimdən əsl cavabını alacaq. Ona görə də baş nazir haqqında danışarkən ondan nitq və tonunu dəyişdirməsi lazımdır,”-deyə Simonyan bildirib.

Загрузка...
Загрузка...