“Ermənistanda homoseksual inqilab etmək istəyirlər” – Şok iddia

Baxış sayı: 
51
1  
0  

Ermənistanın mövcud hakimiyyətinin cəmiyyətdə homoseksualizmin yayılmasına qarşı tədbir görməməsi, İctimai Ədalət Naminə Partiyasını (PSSP) narahat edir.

Turaninfo.org Teleqraf.com-a istinadən xəbər verir ki, bunu PSSP lideri Arman Qukasyan deyib.

Qukasyana görə, beynəlxalq LGBT Forumunun İrəvanda keçirilməyə cəhdlərin edilməsi, narahatlıq yaradır:

“Biz homoseksualizm kampaniyasını qadağan edən qanunun qəbuluna nail olmaq niyyətindəyik. Homoseksualizm kampaniyası, habelə LGBT forumlarının keçirilməsi, xüsusi xarici mərkəzlərdən maliyyələşdirilir və burada əsas məqsəd ənənəvi erməni dəyərlərini məhv etmək, millətin parçalanması, dövlətçiliyin təməllərini sarsıtmaqdır.

Baş nazir Nikol Paşinyan da cəmiyyəti homoseksuallığa təşviq edən kampaniyalara qarşı qanunun dərhal qəbul edilməsini tələb edir.

Biz bu problemi davamlı və hər yerdə səsləndirmək niyyətindəyik və mövcud vəziyyətdən narahat olan bütün vətəndaşları bizə qoşulmağa çağırırıq. Xarici mərkəzlərin Ermənistanda homoseksual inqilab etməsinə imkan verməməliyik. Bilirik ki, həmin xarici mərkəzlər apardığımız mübarizəyə görə Ermənistana təzyiq etməyə çalışacaqlar”.

Загрузка...
Загрузка...