Ermənistanda heç kim qalmayacaq, hamısı... - Paşinyanın SON HƏMLƏSİ

Baxış sayı: 
35
1  
0  

Bu həftə Ermənistanda heç kim qalmayacaq, hamısı Amerikada olacaq.
 
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.
 
"Xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 18-də Vaşinqtonda "dini azadlıqlar" konfransında iştirak edəcək. Ermənistan parlamentinin sədri Ararat Mirzoyan isə artıq Amerikadadır. O Vaşinqtonla yanaşı Nyu-York və Bostnda işgüzar görüşlər keçirəcək. Bu son deyil. Ermənistan baş nazirinin müavini Tiqran Avinyan da Amerikaya yola düşür. O da Nyu-Yorkda hansısa konfransda iştirak edəcək. Bir sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan Amerikaya əməlli-başlı siyasi desant göndərib. Paşinyan Amerikadan pul qopara bilməsə də, siyasi dəstəyə hələ də ümidlidir", - o qeyd edib.

Загрузка...
Загрузка...