​Ermənistanda bayram zamanı faciə yaşandı - 60 yaralı var

Baxış sayı: 
108
2  
0  

Ermənistanda dekabrın 31-i və yanvarın 1-də pirotexniki vasitələrin partlaması nəticəsində ümumilikdə 60-a qədər insan xəsarət alıb.
 
Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alanlardan 15-i yeniyetmə, digərləri isə yaşı 18-dən çox olan şəxslərdir. Məlumata görə, yaralılar xəstəxanalara müraciət edib. Onlara lazımi tibbi yardım göstərilib.
 
Yaralılardan bəzilərinin xəsarəti nisbətən ciddi olsa da, həyatları üçün təhlükə yoxdur.
 
Anar Türkeş

Загрузка...
Загрузка...