“Ermənistan yavaş-yavaş ölür...” - sabiq baş nazir hökumətə od püskürdü

Baxış sayı: 
113
1  
0  

 
İşğalçı ölkə siyasi-iqtisadi-humanitar kollapsın cəngində; Paşinyan və komandası hədələndi: “Onların hər biri 20-30 illiyə həbsə girəcək...”; erməni mediası: “Ölkədə bütün istiqamətlərdə fəlakətli durum var...”
İşğalçı Ermənistanda tüğyan edən pandemiya fonunda sosial-iqtisadi problemlər hər gün bir az da ağırlaşır. Artıq baş nazir Nikol Paşinyanın gələcək gözəl həyat və iqtisadi möcüzə ilə bağlı verdiyi vədləri nə ciddiyə alan var, nə də eşidən. Çünki hamı gördüyü gerçəyə inanır. Gerçək isə acıdır və ondan ibarətdir ki, Ermənistan sürətlə geri, daha dəqiqi, tam fəlakətə doğru gedir.
 
Müşahidələr göstərir ki, bu prosesi “məxməri” baş nazirin populist addımları durdurmaq gücündə deyil. Zatən, Nikol Paşinyanın əsas hədəfi də heç bu deyil. İlk növbədə laxlayan iqtidarını nəyin bahasına olur-olsun, möhkəmlətmək, siyasi rəqiblərini tam təsirsiz hala gətirmək, hakimiyyət qollarını öz əlində cəmləməkdir. Düşmən ölkədən gələn xəbərlədən belə qənaət hasil olur ki, getdikcə daha çox sayda erməni baş nazirin əsas hədəfinin nə olduğunu anlamaqdadır. Bu azmış kimi, Ermənistanda hakimiyyətin əli ilə anti-Rusiya ovqatı körüklənməkdədir.
 
*****
 
“Covid-19-a yoluxanların və ondan ölənlərin sayı ölkədə sürətlə artmaqda davam edir. Artıq Ermənistan milyon nəfərə düşən xəstə sayına görə lider ölkələrdən birinə çevrilib. Eyni zamanda, iqtisadi problemlər çoxalır. Özünə ehtiyat yığmağı bacaranların son ehtiyatı da tezliklə tükənəcək. Xaricdən pul köçürmələrinə və turizmdən gələn gəlirlərə də hər hansı ümid yoxdur. Gen-bol reklam olunan iqtisadi inqilab artıq doğulmadan öldü. Lakin hakimiyyət səhvlərini etiraf etməyi belə düşünmür. Ondan ötrü yalan danışmaq daha asandır”.
 
“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər Armenianreport.com-da getmiş redaksiya məqaləsindəndir.
 
Şərhdə daha sonra deyilir: “Hökumət pandemiya ilə bağlı hər şeyi ”məsuliyyətsiz vətəndaşların" üstünə atmaqla, əlbəttə ki, yalan danışır. Belə bir vəziyyətin hər yerdə olduğunu isbatlamağa çalışanda da hamımızı kor hesab edib qonşu Gürcüstanda baş verənləri görmək istəmir. Bütün istiqamətlərdə fəlakətli bir uğursuzluq fonunda özünə misli görünməmiş yüksək reytinq icad edəndə də yenə o, yalan danışır. Bu hökumət siyasi rəqiblərinə, biznesə, mediaya təzyiq göstərməyə davam edir. Konstitusiyanı və ölkəni istədiyi kimi fırladır. Bütün bunların fonunda isə Paşinyan 2021-ci ildə yeni Konstitusiya ilə bağlı referendum elan edir".
 
Ermənistanın hazırkı hökumətinin uğursuz fəaliyyəti, xüsusən də iqtisadi sferada 2 ildən çox zaman ərzində heç bir ciddi nəticəyə nail ola bilməməsi, hətta neytral mövqeli siyasətçi-iqtisadçıları da narahat etməyə başlayıb.    
 
“Nikol Paşinyan hakimiyyətə inqilab nəticəsində deyil, çevriliş nəticəsində gəlib. İnqilab - dəyərlərin dəyişməsidir, mövcud idarəetmənin keyfiyyəti isə təhlükəlidir, ölkə hər gün geriyə doğru gedir”.
 
Musavat.com-un məlumatına görə, bu fikri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan “Arm News” telekanalındakı “Günün sualı” verilişində səsləndirib. “Bizim ölkə təcrid olunub, o, yavaş-yavaş ölür”, - deyə Baqratyan od püskürüb.
 
“Ölkədə elan olunan fövqəladə vəziyyətin məqsədi mitinqlərə qadağa qoymaqdır. Əgər xalq əsl inqilab etmək istəyirsə, qoy onda onlar demokratik azadlıqları tələb etsinlər. Paşinyan populistdir və buna görə də bizim mübarizəmiz fiaskoya uğradı”, - eks-baş nazir bildirib.
 
Pashinyan: There are over 100 thousand carriers of COVID-19 in Armenia
 
Onun sözlərinə görə, pandemiya ermənilərin kütləvi qırğınına səbəb olacaq: “Gerçək ölüm sayı artıq mini keçib, yüzlərlə ölüm isə qeydə alınmayıb. Bu soyqırımdır. Əgər bizdə yoluxma dünyadakı orta göstəricilərə uyğun olsaydı, onda 5 min xəstəmiz olmalı idi, amma 30 min xəstəmiz var. Paşinyan isə gələcək məhkəmə sisteminin hayındadır. Hansı məhkəmə ki, qaçılmaz olacaq. Onların hər biri 20-30 illiyinə həbsə girəcək”.
 
Sözünə davam edən sabiq hökumət başçısı ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin hökm sürdüyünə də diqqət çəkərək deyib: “Məsələn, baş nazirin Moskvaya planlaşdırılan parad ziyarətinin ləğvi səbəbi aydın deyil. Bir çox məmurlar anti-Rusiya bəyanatları verirlər. Nikol Paşinyan yalnız şəxsi hakimiyyətini gücləndirmək üçün pandemiyadan necə istifadə etməyi düşünür”.
 
*****
 
Yuxarıdakı fakt və şərhlərdən də göründüyü kimi, “inqilabçı” baş nazir öz hakimiyyətini qoruyub saxlamaq üçün indi Rusiya da daxil olmaqla, faktiki, bir neçə “cəbhə”də vuruşur. Onun bu mübarizədən necə ayrılacağını yaxın zamanlarda görəcəyik. Bir şeyi əminliklə söyləmək olar ki, arxasında xalqın durmadığı heç bir hakimiyyət uzunömürlü ola bilməz. Paşinyan isə artıq öz reytinqindən “yeyir”. Onun üçün gerisayım da başlayıb...
 
Analitik xidmət,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...