Ermənistan təşvişdə: Həkimlər də yoluxur – Nazir həyəcan təbili çaldı

Baxış sayı: 
78
1  
0  

“Ermənistanda koronavirus infeksiyasına yoluxmuş 15 xəstənin vəziyyəti ağırdır”.

Turaninfo.org xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan açıqlama verib.

Nazir hazırda ölkədə təsdiqlənmiş koronavirus hallarının sayının 482-yə çatdığını deyib:

“Koronavirus infeksiyası ilə təsdiqlənən 482 hadisədən 58-i son gündə qeydə alınıb. Onlardan 25-i əvvəlcədən karantindədir. Bir tibb işçisi də daxil olmaqla, 31 nəfərin həyatı risk altındadır”.

Qeyd edək ki, martın 14-dən etibarən Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejimi tətbiq edilir.

teleqraf.com

Загрузка...
Загрузка...