Ermənistan təşvişə düşdü: 6 rayon məsələsi gündəmdə...

Baxış sayı: 
271
0  
0  

 
Rusiya Prezidenti Vladimir Putin baş nazir seçilmiş Nikol Paşinyanı təbrik etsə də, bu, protokol qaydalarını əks etdirir. Kremlin görünməyən otaqlarında gedən müzakirələr Putinin bir sözünü iki etməyən Serj Sərkisyanı itələyərək yerini tutan Paşinyanın lehinə deyil.
 
Teleqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir seçildikdən sonra ABŞ, NATO, Avropa İttifaqı və Qərbin bir sıra nüfuzlu siyasi dairələri ilə təmaslarını sıxlaşdıran Nikol Paşinyan haqda Moskvadan gələn xəbərlər onun üçün ürəkaçan deyil.
 
Ermənistanın nüfuzlu mənbələri Moskvanın yeni baş naziri küncə sıxışdırmaq üçün alternativləri nəzərdən keçirdiklərini bildirirlər.
 
Ehtimal edilir ki, Rusiya prezidenti İrəvana Qarabağ üzərindən barmaq silkələyir. Mənbələr Qarabağətrafı 6 rayonun Azərbaycana qaytarılması məsələsinin yaxın günlərdə Kremlin ideoloqları tərəfindən gündəmə qaytarılacağını bildirirlər.
 
Hesab edilir ki, Paşinyan ətrafında yaranmış vəziyyət Azərbaycanın lehinədir və Kreml bu dəfə çərçivədən çıxmağa cəhd edən Ermənistana güzəşt etmək niyyətində deyil.
 
Ekspertlərə görə, ətraf rayonları Azərbaycana qaytarmaq barədə ciddi qərar ərəfəsində olan Kreml Ermənistandakı mövqelərinə nəzarəti sığortalamaq üçün belə bir addımı atacaq.
 
Ehtimal edilir ki, prezident Armen Sərkisyanın Rusiya səfərindən sonra proseslərin hansı istiqamət üzrə cərəyan edəcəyi məlum olacaq.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...