Ermənistan Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür - Bakıdan sərt reaksiya

Baxış sayı: 
61
1  
0  
"Ermənistan Suriyadakı humanitar vəziyyətdən istifadə edərək öz məqsədləri naminə Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür və orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır".
Turaninfo.org "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.

"Bu, Ermənistanın anneksiya və işğal siyasətini bir daha nümayiş etdirir. Bu baxımdan, beynəlxalq ictimaiyyət xüsusilə diqqətli olmalıdır", - o qeyd edib.
 

H.Hacıyev həmçinin vurğulayıb ki, Ermənistan ekoloji normalara baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin təbii sərvətlərini talan edir və buna dair bir sıra faktlar var: "Metallurgiya və əlvan metallar Ermənistanın ixracının əsas komponentlərindən biridir və burada Azərbaycanın işğal olunmuş ərazilərdən hasil olunmuş sərvətlər də var".
 

H.Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələlərə diqqətini cəlb etməyin vacibliyini vurğulayıb: "Vasitəçilərin atəşkəsə dair çağırışlarından əlavə, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin dayandırılmasına çağırış etmələri də vacibdir".

Загрузка...
Загрузка...