Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində xidmət etmək istəmir

Baxış sayı: 
55
1  
0  

Ermənistanda Daxili Qoşunların polisləri Azərbaycan-Ermənistan sərhədində xidmət etmək istəmir.

“Report” xəbər verir ki, məlumatı Ermənistanda çıxan “Hrapark” (“Meydan”) qəzeti yayıb.

Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin avqustunda polis əməkdaşlarının Azərbaycan-Ermənistan sərhədində 15 gün xidmət etməsi haqqında qərar qəbul edib.

“Bizdə olan məlumata görə, onlarla polis əməkdaşı müqaviləni pozaraq sistemdən çıxıb. Onlar növbətçiliyə görə verilən 32 min dramdan (65 dollar) imtina edirlər”, – qəzet yazıb.

“Hrapark” vurğulayıb ki, Ermənistanın Daxili Qoşunlarında narazılıq artmaqdadır.

Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları, Gürcüstanla sərhədini Milli Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası ilə dövlət sərhədini isə Daxili Qoşunların polisləri qoruyur.

 

 
 
Загрузка...
Загрузка...