Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə

Baxış sayı: 
71
1  
0  

 
İşğalçı ölkə savaşsız da çökə bilər; Paşinyan üçün “daşları yığmaq zamanı” yetişdi; erməni mediası: “Gənclər yenə də xoşbəxt həyat üçün xaricə qaçır...”
Ermənistanın inqilabçı hökuməti “pripiska” siyasətinə keçib. Düşmən ölkədən gələn xəbərlərə görə, inqilab öncəsi verdiyi böyük vədləri boşa çıxan baş nazir Nikol Paşinyan buna adekvat olaraq, reytinq itkisi ilə üzləşib. Aparılan müstəqil sorğulara görə, Paşinyana etimad azalmaqda davam edir.
 
Bu da təbiidir. Çünki son ilyarımda ölkənin makroiqtisadi göstəriciləri, əhalinin güzəranı yaxşılaşmayıb. Rəsmi statistik rəqəmlərə görə, hətta bəzi sosial-iqtisadi göstəricilər daha da pisləşib. O sırada ölkədən kütləvi köç azalmayıb, xarici borclar artıb, Ermənistana böyük sərmayə yatırımına nail olunmayıb. Hökumət isə ya bunları görməzlikdən gəlir, ya da onların müvəqqəti olması haqda bəyanatlar verir. Yəni narazı xalqdan bir az daha möhlət istəyir.
 
Son vaxtlar siyasi müşahidəçilər Paşinyanın selfiləri, həmçinin facebookda canlı yayımları artırdığına da diqqət yönəldirlər. Səbəb kimi həm də 10 gün əvvəl ona təqdim edilən yeni bir sosial sorğu göstərilir. “Past” qəzeti yazıb ki, sorğunun nəticəsi Paşinyanı əsəbiləşdirib. Nəticədə o, sorğunu yenidən yoxlamağı və yeni sosial sorğu keçirməyi sifariş edib. Sorğuya əsasən, baş nazirin reytinqi 21%-23% həndəvərində olub. Paşinyan artıq özünün ən etibarlı adamlarına reytinqinin daha da düşməməsi üçün ona gələcək fəaliyyət proqramını təqdim etməyi tapşırıb.
 
*****
Baş nazirə qarşı etimadın enməsi təbiidir. Erməni qaynaqları yazır ki, ölkədə büdcə kəsirinin aradan qaldırılması məqsədi ilə Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları ilə danışıq davam edir və ilin sonunadək təxminən 150 milyon dollar həcmində kreditin alınması planlaşdırılır. Qeyd edilir ki, hökumətin ilyarımlıq fəaliyyəti nəticəsində dövlət borcu artmaqda davam edib. Müxalifəti isə hökuməti artan borclanmalara qarşı qeyri-konstruktiv fəaliyyətdə ittiham edir. O da var ki, beynəlxalq maliyyə qurumları krediti yalnız onu qaytarmaq potensalında olan ölkələrə ayırır. Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları isə bilirlər ki, Ermənistan onlara pul qaytarmaq gücündə deyil.
 
Bu arada Ermənistanda cari ilin ilk on ayı üçün aparılan hesablamalara görə, ölkədən miqrasiya edənlərin sayının artdığı məlum olub. Statistikaya görə, ölkədən əhalinin köçü davam edir. Paşinyan isə 2050-ci ilədək əhalinin sayının 5 milyon olmasını strateji plan kimi açıqlayıb. Hazırda ölkə əhalisi 2,9 milyondur. İqtisadçılar isə hökumətin və Paşinyanın dediklərini ciddi qəbul etmirlər.
 
 
 
Erməni iqtisadçısı Tadevos Avetisyan deyib ki, təkcə son üç ay ərzində əmək bazarında 51 500 nəfər işsiz azalıb. Bu tendensiya əsasən mühacirətin nəticəsidir. Yalnız son bir neçə ay ərzində rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi başqa ölkələrdə iş taparaq Ermənistanı tərk edib. İşsizlər daha yaxşı həyat axtarışı üçün ölkəni tərk edirlər.
 
*****
 
“Ermənistanda işsizlik azalıb. Ona görə yox ki, yeni iş yerləri yaradılıb, ona görə ki, insanlar öz ölkəsində alternativ olmadığı üçün buranı tərk etməyə və xaricdə iş axtarmağa üstünlük veriblər”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə armenianreport.com-da dünən getmiş baş məqalədə deyilir.
 
Müəllif Tevos Arşakyan daha sonra yazır: “Erməni gəncliyini öz ölkəsində yaxşı heç nə gözləmir - nə siyasətdə (əgər Paşinyanın alovlu tərəfdarı deyilsənsə, hökumətdə və parlamentdə sənə yer olacaq), nə də ictimai həyatda və məişətdə yerin olacaq! Necə ki, bir-iki il öncə onun üçün perspektiv yox idi, yenə yoxdur. Bu sözlərin təsdiqi üçün qəmli bir statistika gətirəcəyəm: Milli Statistika Komitəsinin ötən həftə açıqladığı məlumata görə, Ermənistan əhalisinin sayı 1 oktyabr 2019-cu il üçün ötən ilin analoji dövrü ilə müqayisədə 11.7 min nəfər azalıb. Bu, doğrudan da kədərlidir. Axı ölkədən ilk növbədə gənclər gedir.
 

 
Hakimiyyət tez-tez bəyan edir ki, ölkədə iqtisadi durum ötən illə müqayisədə yaxşıdır, guya iqtisadi göstəricilər yaxşılaşıb, yeni iş yerləri açılıb. Reallıqda isə biz tam başqa mənzərəni görürük. Bütün dünyadakı kimi, bizim gənclər də istəyirlər ki, onların hüquqları qorunsun, haqqı yaxşı ödənilən iş yeri olsun, yaxşı təhsil alsınlar, keyfiyyətli tibbi xidmət görsünlər. Bütün bunlar Ermənistanda varmı? Təəssüf, yox. Ona görə gənclik xoşbəxt həyat üçün ölkədən qaçır. Düzdür, əksəriyyət Rusiyada oturuşur, amma son illər onlar daha çox Avropaya və ABŞ-a üstünlük verirlər”.
 
Məqalədə daha sonra Paşinyanın verdiyi vədləri tutmadığı qeyd edilir. “Rəsmi rəqəmlərə baxanda il ərzində ölkə əhalisi 11.7 min nəfər azalıb. Əlbəttə ki, burada əhalinin təbii azalmasının (ölüm faizinin doğum faizini üstələməsinin) də təsiri var, ancaq əsas səbəb gənclərin ölkədən köçüdür”, - deyə müəllif sonda təəssüflə vurğulayır.
 
*****
 
Paşinyan müharibə ile ilgili görsel sonucu
 
Nikol Paşinyanın iqtisadi siyasətinin uğursuzluğunun kökündə şübhə yox ki, problemlərin problemi - həll olunmayan Dağlıq Qarabağ konflikti və bundan irəli gələn blokada rejimi, davam edən müharibə vəziyyəti dayanır. Yan səbəblər sırasında varlı erməni lobbisinin işğalçı ölkəyə hələ də böyük sərmayə yatırmaq istəməməsi də var.
 
Bu xüsusda ingilisdilli erməni qəzeti olan “İrates” iki gün öncə N.Paşinyanın son ABŞ səfəri ilə bağlı bəzi maraqlı detalları açıqlayıb. Onlardan biri də budur ki, Los-Ancelesdə erməni iş adamları ilə görüşdə Paşinyanın çıxışı o dərəcə sönük və populist tonda olub ki, erməni biznesmenlər çıxışın hətta yarısındaca zalı tərk edərək gediblər. Gedəndə isə bu sözləri deyiblər: “Nikol boş-boş danışır. O, konkret heç də demədi...”
 
Sadalanan faktlardan gəlinən qənaət belədir ki, Paşinyan hakimiyyəti dönəmində də Ermənistanın sosial-iqtisadi durumu yaxşılaşmayacaq - əgər Qarabağ ixtilafının həllində ciddi və real dönüş olmasa. İşğalçı ölkə üçün müharibədən qorxulu gerçək də elə budur - getdikcə dərinləşən iqtisadi fəlakət. Bu minvalla o, müharibəsiz də çökəcək...  
 
“Yeni Müsavat”ın analitik xidməti
 

Загрузка...
Загрузка...