​Ermənistan KTMT rəhbərliyinə müraciət etdi – düşmənin hiyləgər gedişi

Baxış sayı: 
109
1  
0  

 
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan KTMT baş katibi, general Stanislav Zasla telefonla danışıb. Musavat.com-un məlumatına görə, bu barədə işğalçı ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyan bildirib.
 
Xəbərə görə, Mnatsakanyan KTMT baş katibinə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi barədə “ətraflı məlumat verib”. Ermənistan XİN başçısı KTMT üzvü olan bir ölkəyə münasibətdə “bu cür hərəkətlərin yolverilməzliyini” qeyd edib.
 
Əslində qabaqdangəlmişlik olan bu hərəkət gözlənilən idi. Ermənistan şübhə yox ki, sərhəddəki son təxribatlarla Rusiyanı – KTMT-nin əsas dövlətini Azərbaycanla hərbi qarşıdurmaya cəlb etməyə çalışır. Çünki hərb meydanında Azərbaycanla təkbaşına bacarmayacağını yaxşı bilir. Hədəf təbii ki, həm də Qarabağ danışıqlarında mövqe üstünlüyü qazanmadır.
 
Xatırladaq Azərbaycanın Xarici İşlər Nazirliyi və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev düşmənin sərhəddəki son avantüra ilə üçüncü ölkələri Qarabağ münaqişəsinə cəlb etmək niyyəti güddüyünü bildirmişdilər.
 
Artıq qardaş Türkiyə də İrəvanın təxribatını qınayaraq, “Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağını” bəyan edib.
 
İyulun 12-də Ermənistan silahlı qüvvələri artilleriya silahlarından istifadə edərək, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur olub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər bütün gecə davam edib. Nazirlikdən bildirilib ki, qoşunlarımız düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görür. Silahlı qüvvələrimiz vəziyyətə nəzarətə edir. Təəssüf ki, şəhidlərimiz də var.
 
Siyasət şöbəsi,
Musavat.com

Загрузка...
Загрузка...