​Ermənistan kimi dostlarla İsrail özünü təhlükəsiz hiss edə bilərmi?

Baxış sayı: 
25
2  
0  

 
ABŞ-ın mühafizəkar mövqeli “The American Spectacor” (spectacor.org) saytı İsrail-Ermənistan münasibətlərinə dair “Ermənistanın müttəfiqlərinə diqqətlə göz yetirdikdə, olduqca təlaşlı mənzərə ortaya çıxır”adlı maraqlı məqalə dərc edib.
Pol Milllerin müəllifi olduğu yazıda İsrailin Ermənistanla əlaqələrini dərinləşdirmək cəhdləri ilə bağlı narahatlıq ifadə olunub və bununla əlaqədar yəhudi dövlətinə bir sıra xəbərdarlıq dilə gətirilib.
 
Musavat.com həmin məqalənin tərcüməsini təqdim edir:
 
Strateji alyanslar istənilən xalqın, xüsusilə kiçik dövlətlərin təhlükəsiziliyi və müdafiəsi üçün böyük önəm kəsb edir. Uzun müddət diplomatik izolyasiya və qonşularının düşmənçiliyi ilə üz-üzə qalan İsrail öz düşmənlərindən qorunmaq üçün ABŞ və Qərbin digər demokratik dövlətlərinə güvənib.
 
Belə bir konteksdən yanaşıldığı zaman israillilər və onların dünyadakı dostları üçün Qafqaz dağlarında, qapalı bir bölgədə yerləşən Ermənistanın İsraildə səfirlik açması sevindirici hal sayılmalıdır. Lakin ermənilərin müttəfiq olduğu dövlətlərin tam xəritəsi açılan zaman ortaya narahatedici mənzərə çıxır. Bu isə yəhudi dövlətini iki ölkə arasında münasibətləri dərinləşdirməzdən öncə ciddi şəkildə düşündürməyə vadar etməlidir.
 
Bu il sentyabr ayının 20-də, yəni səfirliyin açılması xəbərinin yayıldığı günlərdə Livanın müdafiə naziri Elias Bu Saab Ermənistana rəsmi səfər edib. Bir çox qərb ölkələrinin də Livanla münasibətlər qurmasına rəğmən bu ölkə İsraillə müharibə vəziyyətindədir və ən əsası Livan hökuməti “Hizbullah” terror təşkilatının nəzarəti altındadır. İndi livanlı nazirin İsrailin “Hizbullah”a qarşı apardığı əməliyyat zamanı yerə düşən iki pilotsuz uçan aparatından əldə olunan kəşfiyyat məlumatlarını İrəvanla paylaşacağını deməsi İsrailin özü üçün cansıxıcı xəbər sayılmalıdır.
 
Coğrafi mövqe və ölçülərinə görə Ermənistan yüz ildən çoxdur Rusiyanın təsiri altındadır. SSRİ dağıldıqdan sonra bu əlaqələr daha da dərinləşib. Xüsusilə şərqi Avropadan Asiyaya qədər Moskvanın aparıcı mövqelərini bərpa etməyə çalışan prezident Vladimir Putinə görə, Ermənistan strateji əhəmiyyət daşıyır.
 
Burada İsrail üçün narahatedici nöqtə Ermənistanın Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə etdiyi müdaxiləyə verdiyi dəstəkdir. Bu ilin əvvələrində rəsmi İrəvan Rusiyanın diktator Bəşər Əsədə yardım məqsədilə həyata keçirdiyi hərbi missiyasını dəstəkləməkdən ötrü birlik göndərib. Həmin addım ABŞ-ın da ciddi qınağına səbəb olub.
 
Həm Rusiyaya, həm də Bəşər Əsədə dəstək verməklə Ermənistan Suriyadakı rejimin törətdiyi hərbi cinayətlərə, onun kimyəvi silahdan istifadə etməsinə, yüzminlərlə insanın öldürülməsinə və bir o qədərinin doğma yurdlarını tərk etməsinə yol açan qəddarlığına tam biganə olduğunu nümayiş etdirir. Mədəni dünyanın əksəriyyətinin Bəşər Əsədi hərbi cani olaraq qəbul etməsinə rəğmən rəsmi İrəvan üçün Suriya lideri ilə əlaqələr adi hal sayılır.
 
Şübhəsiz, yəhudi dövləti geostrateji qüdrətindən dolayı Rusiya ilə iş münasibətləri qurmalıdır, lakin prezident Vladimir Putin və baş nazir Benyamin Netanyahu arasındakı bağlantıların bütün incəliklərinə rəğmən İran və onun terrorçü nümayəndəsi “Hizbullah” Suriyada İsrailə qaşrı ikinci cəbhə açdığı zaman Rusiya özünü başqa cür apardı. Beləliklə, Ermənistanın vətəndaş müharibəsində Rusiya və Suriyaya dəstəyi rəsmi İrəvanı birbaşa İsrailin maraqları və təhlükəsizliyi ilə qarşı-qarşıya gətirir.
 
Bundan başqa, Ermənistanın dünyada zalımlığı ilə “acı şöhrət” qazanmış rejimlərlə əlaqələri burada bitmir. İrəvan həmçinin İranın ABŞ-ın tətbiq etdiyi sanksiyalardan qurtuluş və yayınmaq yollarını da göstərir. Keçən ilin avqust ayında ABŞ İranda iş apardıqlarına görə iki erməni şirkətinə-İrəvandakı Telekomunikasiyaların elmi araşdırma institutuna və “Markel” firmasına sanksiya tətbiq edib.
 
Həmin məhdudlaşdırıcı tədbirlər baş nazir Nikol Paşinyanın ötən ilin fevral ayında İrana rəsmi səfəri və iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsindən sonra gətirilib.
 
Ermənistan İsrailin ən sərt düşmənlərindən biri ilə gözəl münasibətlər qurduğu bir zamanda erməni antisemitizmi problemi də ortaya çıxıb və bu israillilər üçün ciddi problem olaraq gözdən keçirilməlidir.
 
Bu ilin əvvəlində 60 erməni kilsə tələbəsi yəhudilərin Qüdsdə keçirdiyi Şavuot bayramında iki yəhudi gənci linç etmək istəyiblər. Etibarlı araşdırma mərkəzləri Ermənistanın özündə antisemitizmin yüksəldiyini göstərib. Antisemit liqasının 100 ölkədə apardığı tədqiqatda Ermənistan Yaxın Şərq və Afrika xaricində 3-cü sıranı tutub. Bundan başqa, “Pyu araşdırma mərkəzi”nin 2018-ci ildə dərc etdiyi sorğu ermənilərin üçdə birinin yəhudiləri vətəndaş olaraq görmək istəmədiklərini nümayiş etdirib.
 
 
 
Məqalənin orijinalı ilə buradan tanış ola bilərsiniz
 
 
 
Musavat.com

Загрузка...
Загрузка...