Ermənistan itkilərlə bağlı SON MƏLUMATI açıqladı - RƏSMİ

Baxış sayı: 
101
1  
0  

Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz istiqamətində təxribatçı hücumuna Azərbaycan Silahlı Qüvvələri tərəfindən endirilən cavab zərbələri nəticəsində düşmənin daha 10 əsgəri sıradan çıxıb.
 
Publika.az “Newsarmenia.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, bununla da Tovuz istiqamətindəki insident nəticəsində yaralı erməni əsgərlərin sayı 20-yə çatıb.
 
Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı. Ermənistan ordusu real itki sayını gizlətməkdə davam edir.
 
Zümrüd

Загрузка...
Загрузка...