“Ermənistan cəmiyyətində Rusiyaya inam sürətlə azalmaqdadır”

Baxış sayı: 
152
0  
0  

Elxan Şahinoğlu: “Sərhədlərin mühafizəsinin Ermənistan MTX-ə verilməsi tələbi də bununla bağlıdır”
 
 
Ermənistanda bir qrup ictimai-siyasi xadim rəsmi İrəvana müraciət edərək Ermənistan sərhədlərinin mühafizəsinin Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) verilməsini tələb edib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu baş verənləri Ermənistan cəmiyətində Rusiyaya artan inamsızlığının təsdiqi kimi dəyərləndirib:
“Bu, hər şeydən öncə bu, Ermənistan cəmiyyətində Rusiyaya artan inamsızlığın göstəricisidir. Ümumiyyətlə, son vaxtlar aparılan rəy sorğuları da göstərir ki, Ermənistanda Rusiyaya olan inam sürətlə azalmaqdadır. Avropa və ABŞ-la bağlı gözləntilər isə əksinə, artır. Bu səbəbdən də Rusiyaya yönəlik bu cür tələblər səsləndirilir. Sərhədlərin mühafizəsinin Rusiyadan alınaraq Ermənistan MTX-nə verilməsi tələbi də bununla bağlıdır”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...