Ermənilərlə anlaşan, pornoya çəkilən, Azərbaycandan imtina edən... – Ölkəmizə calanan xeyirsizlər

Baxış sayı: 
141
2  
1  

Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilovla bağlı İspaniyada qalmaqallı məlumatlar yayılıb. Yarımmüdafiəçi 2015-ci ilin iyulunda "Eybar"da çıxış edərkən komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda suçlanır. Onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.
Ümumiyyətlə, tarixə nəzər saldıqda görürük ki, Eddi onsuz da, reytinqi olmayan futbolumuzun adına “qara ləkə” yaxan ilk milliləşdirilmiş oyunçu deyil. AFFA-nın  vaxtilə Azərbaycan pasportu "payladığı" və sonra sözügedən qurumun və millimizin başına bəla olan belə futbolçular çoxdur. “Yeni Sabah” həmin futbolçularla bağlı kiçik araşdırma edib:
 
 
 
Pərdis Fərcad-Azad
 
Almaniya vətəndaşlığı olan İran əsilli futbolçu 2012-də “Sumqayıt”a gəlib, milli komandaya cəlb olunub. Yığmamızın sabiq üzvü oynadığı futbolla diqqəti bir o qədər cəlb etməsə də, porno videosu yayılandan sonra günlərlə ölkə mətbuatının gündəmindən düşmədi. Belə ki, onun almaniyalı məşhur model Qina-Liza Lofinqlə yayılan biədəb videosu gündəmi zəbt edmişdi. Həmin qadın isə zorlandığını iddia edərək onu və videonu çəkən dostunu Almaniyada məhkəməyə vermişdi.
 
 
 
Abdulla Abasiyev
 
Vladiqafqazdan olan (Rusiya) futbolçu 2011-də “Sumqayıt”a gəlib, milli komandaya cəlb olunub. “İnter” (Hazırkı “Keşlə” – Red.) klubunun və millimizin keçmiş futbolçusu Abdulla Abasiyev Rusiyanın Armavir şəhərini təmsil edən “Torpedo” klubuna transfer olunduqdan sonra Azərbaycan vətəndaşlığından imtina etmişdi.
 
 
 
Şamil Qurbanov
 
Vaxtilə gənclərdən ibarət yığmamızın şərəfini qoruyan Şamil Qurbanov Emənistanın “Uliss” klubu ilə anlaşmışdı. Qurbanov Rusiyanın “Baltika” klubunun heyətində çıxış edərkən millinin təlim-məşq toplanışlarında iştirak etsə də, meydana çıxmamışdı.
 
 
 
Anton Krivotsyuk
 
Mətbuatda yazılanlara görə, milliləşdirilən Ukrayna əsilli futbolçu Xətai rayonu ərazisində yaşadığı binaya daxil olaraq içkili halda liftdə rastaşdığı xanıma söz atmışdı. Sərxoş Krivotsyuk qadının liftə minməsinə mane olmağa çalışmış zərif cins nümayəndəsi onu kənara itələdikdə "Neftçi"nin üzvü onun saçına əl atmışdı. Krivotsyuk bütün etik normaları aşaraq qarşısındakı xanıma "neyləyirsən, o əri? Boşan ondan, gəl, mənimlə yaşa" demış, yalnız qadın qışqırdıqdan sonra insanların toplaşmasını görən Anton hadisə yerindən qaçmışdı.
 
Maraqlıdır ki, milliyə peşəkar, Azərbaycan adı üçün can qoyan futbolçular əvəzinə, xaricdə öz kefini sürən, hər gün adı müxtəlif qalmaqallarda hallanan oyunçular dəvət olunur. Onların haqqında da hər gün müxtəlif biabırçı xəbərlər alırıq. Nəzərə alsaq ki, bu futbolçular Azərbaycan millisinin şərəfini qoruyur, heç-heçəyə görə belə, pul alır, o zaman rahatlıqla deyə bilərik ki, sözügedən oyunçuların çörəyi dizləri üstündədir. Yalnız onları yox, onları milliyə çağıranlarda da günah var. Bəlkə də, günahın ən böyüyü elə çağıranlardadır. Adı baş məşqçi, məşqçilər korpusu getsə də, həmin oyunçular məhz AFFA-nın baş katibi Elxan Məmmədovun xüsusi “sifarişi” ilə milliyə dəvət olunur. Nə zamana kimi bu “qızıl” qayda pozulmayacaq, o zamana kimi də Eddi kimilər futbolun adını batırmaqla məşğul olacaqlar.
 
Naibə Məmmədova

Загрузка...
Загрузка...