​Ermənilərin Şuşa təxribatı - düşməni vurmalıydıqmı?

Baxış sayı: 
73
1  
0  

 
Azərbaycan üçün vazkeçilməz olan tarixi məkanda nümayiş etdirilən növbəti erməni həyasızlığı; ictimaiyyət və tanınmış simalar işğalçıya dərs verilməsini zəruri sayır
İşğalçı Ermənistan mayın 21-də Azərbaycanın 28 ildir işğal altında olan Şuşa şəhərində növbəti həyasızlıq nümayiş etdirib. Nikol Paşinyanın dəstəyi ilə Qarabağdakı qondarma rejimin başına gətirilmiş Araik Arutunyanın Şuşa Mədəniyyət Sarayında “andiçmə mərasimi” keçirilib.
 
Əvvəlcədən məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan da bu şouda iştirak edib. O bildirib ki, iki gün ərzində Qarabağda olacaq və separatçılarla görüşlər keçirəcək. Xatırladaq ki, Paşinyan Şuşanın işğalının ildönümünü də Qarabağ torpaqlarında keçirmişdi.
 
Ermənistan rəhbərliyinin davranışları beynəlxalq hüququn tapdanması, həmçinin sülh prosesinin üstündən xətt çəkilməsidir. Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması həm də ümid yaratmışdı ki, ordumuz düşmənin bu, alçaq davranışlarına, heysiyyətimizə toxunmağımıza sarsıdıcı zərbələrlə cavablar verəcək.
 
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərindəki qondarma “andiçmə” mərasimi ilə bağlı deyib ki, “qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır: ”Ermənistan hakimiyyəti mütəmadi olaraq bu kimi təxribatçı əməllər törədir və işğal altındakı Şuşa şəhərinin bu qondarma tədbir üçün seçilməsi bunu aydın surətdə nümayiş etdirir. Bütün bunlar azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir".
 
Tural Gəncəliyev açıqlama verib - Report.az
 
Daha sonra bildirilir: “Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq!”
 
Rəsmi Bakı bundan əvvəl bir neçə dəfə ermənilərin təxribatını pisləyib. Ancaq reallıq budur ki, işğalçı təxribatlardan əl çəkmir. Düşmənə dərs verməyin zərurətini bildirənlər çoxluq təşkil etsə də, hələlik səlahiyyət sahibləri təmkin nümayiş etdirməkdədirlər. Bir çoxları xarici amili nəzərə almağı vacib sayır. Azərbaycan o tədbirə qarşı hər hansı hərbi, əməliyyat xarakterli hərəkət etsə idi, dünya ictimaiyyətinin, Rusiya, ABŞ-ın reaksiyaları nə olardı, nə qədər ziyan edərdik? İndi təmkin zamanıdırmı?
 
Keçmiş deputat Əlövsət Ağalarov deyib ki, Şuşanı Azərbaycanın ikinci baş şəhəri elan edib, təxribatın qarşısını dərhal almaq lazımdır.
 
Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov Unikal.org-a Şuşadakı “andiçmə”ni pisləyib: “Ermənilər Şuşanı işğal edib, istədiyini də edir. Nə vaxt biz Şuşanı işğaldan azad edəcəyik, o vaxt da söz sahibi olacağıq. Mən açıqlama verirəm, hərə ağzına gələni yazır. Bayramın elə bil topu, tüfəngi var. Bayram neynəməlidir? Bayram gedib Şuşanı ermənilərdən alandı?”
 

 
Hərbi ekspert Azad İsazadə Azərbaycan Ordusunun texniki göstəricisinin yüksək olduğunu və bu göstəricinin belə bir addıma imkan verdiyini vurğulayıb. Moderator.az-a deyib ki, andiçmə mərasimi daha çox nümayişkaranə bir addımdır: “Lakin bunun həm də bir təxribat olduğu, danışıqlar prosesinə mənfi təsir göstərəcəyi məlumdur. İndiki şəraitdə Azərbaycanın bu təxribata hansı şəkildə cavab verməsinin daha məqsədəuyğun olduğunu deyə bilmərəm. Amma ordumuzun texniki potensialı bu kimi təxribatlara cavab verməyə imkan verir. Texniki imkanlarımız andiçmə mərasimini pozmaq, digər uğurlu həmlələr həyata keçirmək üçün kifayətdir. Azərbaycan Ordusunun gücü, arsenalındakı müasir texnika buna imkan verir”.
 
QAT sədri Akif Nağı “Yeni Müsavat”a dedi ki, Azərbaycan kimin nə reaksiya verəcəyindən çəkinməli deyil: “Dünya ictimaiyyətinin ciddi reaksiya verəcəyi inandırıcı deyil. Daha dəqiq desək, dünyanın münasibəti müxtəlif olacaq, bizə haqq qazandıran da olacaq , ittiham edən də. Amma haqq qazandıranlar qat-qat çox olacaq. Ola bilər ki, Qərbdə, xüsusən də Avropada xristian təəssübkeşliyi bir qədər qabarsın. Amma böyük ehtimalla, qısa müddətli olacaq. Hər kəsin başı özünün virusuna qarışıb. ABŞ Ermənistana girməkdə maraqlıdır, buna müxtəlif yollarla, məsələn, Türkiyə vasitəsilə, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə nail olmaq istəyir. Düşünürəm ki, Azərbaycanın Ermənistanı vurub torpaqlarını azad etməsi regionda yeni şərait yaradacaq və bu yeni şəraitdə Amerikanın Ermənistana girməsi də asanlaşa bilər. Bunu ABŞ-da da başa düşməmiş deyillər”.
 
Məhkəmə Akif Nağıya qarşı iddianı rədd edib
 
A.Nağı etiraf etdi ki, Rusiya amili ən ciddi maneə olaraq qalır: “Amma Rusiyada daha yaxşı anlamağa başlayırlar ki, Dağlıq Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılmalıdır. Həmin rayonların azad edilməsi Rusiyanın Ermənistana təsir imkanlarını azaltmır, əksinə, Ermənistanı Rusiyadan daha bərk yapışmağa vadar edəcəkdir. Bunu Rusiya rəhbərliyi və cəmiyyətinin başa düşdüyü hiss olunur. Beləliklə, Azərbaycanın bu anda Şuşadakı şou məkanını vurması heç bir dövlət, beynəlxalq təşkilat tərəfindən sərt reaksiya ilə qarşılanmayacaq, Azərbaycan isə həm aprel döyüşlərində qazandığı strateji təşəbbüsü tam şəkildə ələ keçirəcək, həm cəmiyyətdə böyük ruh yüksəkliyinə nail olacaq, həm də genişmiqyaslı işğaldan azadetmə prosesinin başlanğıcını qoyacaq”.
 
“Əlbəttə, müəyyən geosiyasi şərtlər var ki, bunlar xeyrimizə deyil, burada açıq danışmaq və birinci növbədə Rusiya amilini ön plana çəkmək lazımdır, daha sonra isə İran amili də burada müəyyən rol oynayır”.
 
Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara ...
 
Bunu politoloq Qabil Hüseynli deyib. O, Şuşada keçirilən tədbirin qara günə çevrilməsinin vacibliyini vurğulayıb: “Ermənilər meydan oxuyur. Bundan əvvəl də Paşinyanın mayın 10-da Qarabağa gələrək hərbi parad və təmtəraqlı məclislər keçirməsi sözün əsl mənasında üzücüdür və milli hisslərimizi ciddi sürətdə təhqir edir. Sözsüz ki, erməni həyasızlığının, fitnəkarlığının həddi-hüdudu, sərhədi yoxdur və bunlar artıq adamı hövsələdən çıxarır. Üstəlik də danışıqlar prosesində destruktiv mövqe tutmaları, prosesdən az qala imtina edilmiş bir mövqe sərgiləmələri də digər yandan bu məsələdə dalan vəziyyətinin yarandığını göstərir. Doğrudur, ordumuz bir neçə gündür təmas xətti boyunca müharibə şəraitinə yaxınlaşdırılmış təlimlərə başlayıb və burada bütün qoşun növləri iştirak edir, döyüş şəraitinin gecə və gündüz tələblərinə uyğun olaraq döyüş hazırlığını təkminləşdirir. Cəmiyyətdən də sözün həqiqi mənasında səslər eşidilməkdədir ki, ermənilərin bu hədyanlarına, həyasızlığına son qoymağın vaxtı gəlib çatıb”.
 
Fazil Mustafa Ziyafət Əsgərova CAVAB VERDİ
 
Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, Şuşada ermənilər bütün beynəlxalq hüquq normalarını pozaraq bir tədbir keçirir: “Bununla həm də bizə dərs verirlər ki, torpağınızın işğalına dözürsünüzsə, bu vəziyyətə də qatlaşmalısınız. Lakin burada hissə qapılaraq hansısa epizodik zərbə vurmaqla problem çözülməz. Müharibəyə çox ciddi olaraq hazırlaşmalıyıq. Yalnız ordu olaraq deyil, cəmiyyət olaraq. Bu, sadəcə, söz deyil ki, dedikdən sonra tutmasa geri çəkəsən. Bu, böyük bir riskdir və o dərəcədə hazır olmalıyıq ki, yenidən məğlubiyyət sindromu yaşamayaq”.
 
F.Mustafa elə bunları nəzərə alaraq hesab edir ki, hələlik bu barədə diplomatik variantları intensivləşdirməliyik: “Təbii ki, ABŞ, Rusiya, İran kimi dövlətlər yenə də ermənilərə dəstəyini davam etdirəcək. Ən ekstremal situasiyada da erməniləri dəstəkləyəcəklər. Odur ki, müharibə üçün kimsədən dəstək gözləmədən, millətin bütün fərdlərinin potensialını işə salmalıyıq. Məktəblərdə hərbi hazırlıq dərsləri bərpa olunmalıdır. Bütün gənc qızlarımıza tibb bacısı üçün bilməsi vacib olan praktik vərdişləri öyrədən şəbəkələr formalaşdırmalıyıq”.
 
Deputat digər vacib məsələlərə də diqqət çəkdi: “Orduda korrupsiyanın kökünü tamamilə kəsməliyik, daha müasir silahlar alaraq qələbə savaşına hazırlaşmalıyıq. Əlbəttə, təmkin zamanıdır. Ancaq təmkin hərəkətsizlik deyil ki? Bizdə hərəkətsiz təmkin davranışı daha yayğındır. Müharibəyə ciddi məsələ kimi baxmalıyıq. Duyğusallıqla problemi çözmək daha çətindir”.
 
İşğalçı ölkə getdikcə quduzlaşır və Şuşanı separatçıların “paytaxtı” olaraq təqdim etməklə milli heysiyyətimizlə oynayır. Belə olan təqdirdə düşməni yerində oturtmaqdan başqa çıxış yolu qalmır.
 
Maraqlısı budur ki, ermənilər özləri belə Rusiyanın onlara dəstək verməyəcəyindən ehtiyatlanırlar. Belə vəziyyət Azərbaycanın hərb yolu ilə torpaqları azad etmək şansını artırır...
 
Elşad Paşasoy,
"Yeni Müsavat"
 
 

Загрузка...
Загрузка...