​Ermənilərin muzdluları döyüşə cəlb etməsi beynəlxalq təhlükəsizliyi təhdid edir – faktlar

Baxış sayı: 
156
1  
0  

 
 
 
Sentyabrın 27-dən başlayaraq Ermənistanın işğalçı ordusunun törətdiyi növbəti təxribatlara və hücum cəhdlərinə Azərbaycan Ordusu layiqli cavab verərək, düşməni sülhə məcburetmə əməliyyatına başladı. Proses uğurla davam edir, artıq erməni ordusu darmadağın edilib.
Ermənistan silahlı qüvvələri hərbi texnika, eləcə də canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. Acınacaqlı duruma düşən Ermənistan yenə də 90-cı illərdəki taktikasına əl atır: İndiki halda muzdlu döyüşçülər və terrorçuları cəbhə zonasına daha intensiv şəkildə cəlb etməklə Ermənistan hərbi-siyasi rəhbərliyi orduda şəxsi heyətlə bağlı itkilərin yerini doldurmağa çalışır.
 
Buna dair kifayət qədər faktlar ortadadır:
 
Birinci fakt: Bu günlərdə Fransanın “Liberation” qəzetində ( https://www.liberation.fr/france/2020/10/11/de-marseille-a-erevan-un-mil... ) yenidən bu mövzuya toxunularaq belə bir fakt diqqətə çatdırılıb ki, Fransada yaşayan erməni, ASALA terror təşkilatının 64 yaşlı üzvü Jilbert Minasyan Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gəlib. Terrorçu Minasyan özü ilə birgə Fransadan gətirdiyi muzdlu döyüşçülərlə birgə Qarabağdadır.
 
İkinci fakt: Almaniyanın tanınmış “Der Freitag” qəzeti ( https://www.freitag.de/autoren/mlambsdorff/pkk-soeldnerkaempfer-im-bergk... ) bir neçə gün əvvəl “PKK muzdlu döyüşçüləri Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqalə dərc edib. Məqalədə Ermənistanın Suriya və İraqdan PKK terrorçularını işğal altında saxladığı Dağlıq Qarabağa yerləşdirdiyinə dair məlumatların olduğu bildirilir.
 
Üçüncü fakt: Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində ( https://azertag.az/xeber/1612773 ) Livandan çoxlu sayda muzdlu döyüşçünü işğal etdiyi ərazilərə gətirən Ermənistanın əsas hədəfinin mülki obyektlər və dinc əhali olduğunu qeyd edib.
 
Dördüncü fakt: BBC teleradiosu, eləcə də Rusiyanın “Novaya Qazeta” mətbu orqanının jurnalistləri hazırladıqları materiallarda Ermənistan tərəfindən Dağlıq Qarabağa gətirilmiş muzdlu döyüşçülərlə birbaşa ünsiyyətdə olaraq, onların fikirlərinə yer ayırıblar.
 
Beşinci fakt: Rusiyalı jurnalist Sergey Leonovun “ura.ru” informasiya agentliyində ( https://ura.news/articles/1036281271 ) dərc edilmiş araşdırma yazısında təsdiq edilir ki, Ermənistan Dağlıq Qarabağda döyüşmək üçün muzdlu döyüşçülərin cəlbi istiqamətində indi də intensiv fəaliyyət göstərir. Leonov xatırladır ki, Ermənistan bundan əvvəl də eyni təcrübədən istifadə edib. Birinci Qarabağ müharibəsi zamanı Yəməndən Qarabağa gələn məhşur terrorçu Monte Melkonyan bunun ən real nümunəsidir.
 
Altıncı fakt: Hazırda Dağlıq Qarabağa göndərilmək üçün muzdlu döyüşçülər toplayan erməni diaspor və ictimai təşkilatları bu əməllərini açıq şəkildə həyata keçirir. Məsələn, “VoMA Center” erməni ictimai təşkilatı aktiv şəkildə belə muzdlu döyüşçülərin toplanmasını həyata keçirir, ( http://www.voma.center/#m247 ) bunu “ehtiyat ordu” yaratması ilə izah edir.
 
Yeddinci fakt: Rusiya erməniləri birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan da xüsusi fəallıq göstərir. Belə muzdlu döyüşçülər toplamaqla erməni diasporu Rusiya qanunlarını kobud şəkildə pozur. RF CM-nin 208-ci maddəsinə əsasən, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
 
Bunlardan başqa, indiyədək ermənilərin özləri sosial şəbəkələrdə muzdlu döyüşçülərin onların əsgərləri ilə bərabər Azırbaycana qarşı döyüşdüyünü təsdiqləyən onlarla videolar yayıblar.
 
Hətta döyüşlər zamanı işğaldan azad edilən ərazilərdə muzdluların da meyitlərinə rast gəlinir.
 
photo_35349.jpg (68 KB)
 
Bu faktlar təsdiqləyir ki, Ermənistan açıq-aşkar şəkildə döyüşə terroristləri, muzdluları cəlb edir. Bununla işalçı ölkə təkcə Azərbaycan üçün deyil, eləcə də bir çox digər dövlətlər, beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Bu, olduqca qorxulu bir tendensiyadır və beynəlxalq qurumlar hərəkətə keçməli, dünya birliyi buna qarşı qətiyyətli addımlar atmalıdır.
 
Musavat.com
 
 

Загрузка...
Загрузка...