​Ermənilərin Bakıdakı şəbəkəsi bizə ağır zərbə vurdu – Şok iddia

Hər bir dövlət öz maraqları naminə lobbiçilik fəaliyyəti aparmalıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib. O bildirib ki, bu fəaliyyətdə hər şey şəffaf ola bilməz:
 
"Ermənilər bütün dünyanı pul, qara kürü, konyak, öz qadınları və peşəkar yalanları ilə ələ alıb. Yalnız ABŞ Konqresində və Senatda onlarla konqresmen və senator onların maraqlarına çalışır. Əlbəttə ki, erməninin qara qaşına və profilinə aşıq olmayıblar. Bunu hamı bilir. Yalnız kütbeyinlər bilmir. Azərbaycanın bu sahədəki fəaliyyətində qüsurlar var idi. Bu barədə istənilən qədər yazmaq və demək olar. Amma ən böyük problem ermənilərin (əlbəttə, imkanlı havadarlarının köməyi olmadan edə bilməzdilər) Azərbaycanda və xarici ölkələrdə yaratdığı şəbəkə oldu. Bu şəbəkə vasitəsi ilə Azərbaycanın lobbi siyasətinə və fəaliyyətinə öldürücü zərbə vuruldu. Şəbəkənin peşəkar fəaliyyətini təmin etmək üçün düşmən tərəf xəsislik etmədi. Vaxtilə Avropa Şurasının Parlament Assambleyasında ermənilərin əleyhinə qəbul etdirə bildiyimiz bir neçə qətnaməyə görə Azərbaycan cəzalandırıldı".
 
S.Məmmədov vurğulayıb ki, daxili satqınlar və daxildən məlumat ötürənlər olmasaydı, bu baş verməzdi:
 
“Bu barədə bir neçə il əvvəl KİV-də xəbərdarlıq etmişdim. Düşmənə ilk növbədə daxildən yaradılmış cəbhədə qalıb gəlmək lazımdır”.
 
Qeyd edək ki, AŞPA-da Azərbaycanın bu yöndə fəaliyyəti uzun müddətdir ki, təftiş olunur və saxta ittihamlar irəli sürülür.

Загрузка...
Загрузка...