Ermənilərin arzusunu puç edən Nazim Hacıyev kimdir? - FOTO

Baxış sayı: 
34
1  
0  

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilisdilli “Vikipediya”da Nazim Hacıyev haqda yeni məqalə yaradılıb.
 
Publika.az-a bu barədə MEK-dən məlumat verilib.
 
 
 
Məlumatda bildirilir ki, Nazim Hacıyev xaricdəki erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş A.Mikoyanın təzyiqlərinə qarşı çıxış edərək, 1960-cı ilin dekabrında Sov.İKP MK-nın Rəyasət Heyətində və sonra – 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandıraraq, həmin torpaqların Azərbaycan SSR ərazisində saxlanılmasına nail olub. Məhz buna görə həmin iclaslarda Mikoyan və Suslov onu “millətçilikdə” günahlandırıbılar.
 
İngilis dilində məqalədə Nazim Hacıyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş informasiya verilir. Məqalə ilə BURADAN tanış ola bilərsiniz.

Həyatı

Nazim Məmmədiyə oğlu Hacıyev 1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Lakin 1941-1945-ci illər müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlamış, Nuxaya qayıdaraq “Nuxa fəhləsi” qəzetində ədəbi əməkdaş kimi çalışmışdır. 1941-1943-cü illərdə Nuxada 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi işləmiş, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində işləmişdir. O, 1943-cü ildə “Nuxa fəhləsi” qəzetinin məsul katibi təyin edilmişdir.

Nazim Hacıyev 1944-cü ildən universitetdə təhsilini davam etdirmiş və 1944-47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında (NKVD) işləmişdir.

Nazim Hacıyev 1947-ci ildə komsomol işinə keçmiş, Bakı şəhər Komsomol Komitəsinin katibi seçilmişdir. O, 1950-ci ildə Azərbaycan KP Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilmiş, ardınca Azərbaycan Tibb İnstitutununPartiya komitəsinin katibi təyin edilmişdir. Nazim Hacıyev 1951-ci ildə Azərbaycan LKGİ-nın XIX qurultayında LKGİ MK-nın katibi, 1952-ci ildə isə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmişdir.

Nazim Hacıyev ÜİK(b)P-nin XIX qurultayına nümayəndə seçilmişdi (5-14 oktyabr 1952-ci il) [1].

Nazim Hacıyev Sov.İKP-nin XX qurultayının da nümayəndəsi idi (14-21 fevral) [2].

Nazim Hacıyev 1956-ci ildə Ümumittifaq LKGİ MK-nın Büro üzvü seçilmişdi. O, 1956-58-ci illərdə Azərbaycan KP MK-nın Elm və təhsil şöbəsinin müdiri, 1958-ci ildən isə Sov.İKP MK-nın əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri olmuşdur. 1960-cı ildən Azərbaycan KP MK-nın ideologiya üzrə katibi olmuşdur. Nazim Hacıyev 1961-ci ilin yanvarında məqsədli şəkildə yanlış edilən cərrahi əməliyyat üzündən ağır xəstələnmiş və 1962-ci il iyulun 30-da vəfat etmişdir.

Nazim Hacıyev Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur 
 

Siyasi fəaliyyəti

Nazim Hacıyev Orta Asiyaya deportasiya olunmuş Mesxet türklərinin Azərbaycan SSR-ə köçürülməsinin əsas təşəbbüsçülərindən və təşkilatçılarından biri olmuşdur.

Nazim Hacıyev xaricdəki erməni diasporununErmənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş A.Mikoyanın təzyiqlərinə qarşı çıxış edərək, 1960-cı ilin dekabrında Sov.İKP MK-nın Rəyasət Heyətində və sonra – 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda[4][5]Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırmış, həmin torpaqların Azərbaycan SSR ərazisində saxlanılmasına nail olmuşdur. Məhz buna görə həmin iclaslarda Mikoyan və Suslov onu “millətçilikdə” günahlandırmışdılar.

Nazim Hacıyev gənclər, beynəlxalq, mədəni, təhsil, beynəlxalq siyasət, habelə dövlət problemləri və partiya quruculuğu məsələləri üzrə 50-dən artıq kitab və məqalələrin müəllifidir.

Загрузка...
Загрузка...