​Ermənilər Tovuzun kəndlərini atəşə tutub

Baxış sayı: 
78
1  
0  

 
Ermənistanla həmsərhəd olan Tovuz rayonunda atəşkəs yenidən pozulub.
 
Rayondan aldığımız məlumata görə, erməni tərəfi Əlibəyli, Ağdam, Yuxarı Öysüzlü, Vahidli, Mülkülü, Dondar Quşçu kəndləri istiqamətində səhər saat 04:30 radələrində mövqelərimizi avtomat və minaatanlardan atəşə tutub. Milli Ordumuzun bölmələri tərəfindən layiqli cavabını alan düşmən ağır artilleriyadan istifadə etməyə başlayıb.
 
Hazırda ərazidə ağır artilleriya döyüşü başlayıb. Düşmən layiqli cavabını almaqdadır.
 
 
 
Musavat.com

Загрузка...
Загрузка...