​Ermənilər qorxu içində: Qubernator hamını gizlənməyə çağırdı

Baxış sayı: 
103
1  
0  

 
 
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərinə endirilən cavab atəşləri qarşı tərəfdə qorxu yaradıb.
 
BAKU.WS xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan əhaliyə müraciə edərək onları gizlənməyə çağırıb: “Tavuş şəhərinin sakinləri, son dərəcə diqqətli olun, sığınacaqlarda gizlənin”.
Qeyd edək ki, son günlər Azərbaycan ordusu onlarla erməni hərbçisini məhv edib, sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olunub. O cümlədən düşmənin bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edilib. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.

Загрузка...
Загрузка...