​Erməni xalqı Rusiya və İrana qarşı nələr edir? – Kiviryan

Baxış sayı: 
110
2  
0  

Ermənilər hər dəfə inqilab edəndə onlar pis vəziyyətdən səfilliyə düşürlər.
 
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni analitik Argişti Kiviryan paylaşıb.
 
“2018-ci il inqilabının istiqamətlərindən biri Ermənistanın xarici siyasət kursunu dəyişmək cəhdi idi. Daha dəqiq desək, həmin an dünyanın yenidən bölüşdürülməsi nəticəsində Qərb bəzi bölgələri, o cümlədən bu regionu tərk edəndə erməni xalqın hədəflərindən biri Rusiyanı bu regiondan uzaqlaşdırmaq, digəri isə şiə hilalı ilə əlaqəni dağıtmaq olan qrupa dəstək verdi. Bu cəhd Rusiya və İranın öz güclərinin yüksək mərhələsində olduğu, bizim isə kəskin eniş mərhələsində olub, ciddi xarici dəstək almadığımız dönəmdə edilir. Bu komandanın xarici sponsorlarının hədəfi erməni xalqının himayəsi və ya onların təhlükəsizlik probleminin həlli deyil, hədəf sadəcə olaraq Rusiya və İrana ermənilərin hesabına təxribat yaratmaqdan ibarətdir. Bunların nə ilə bitəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ümummilli fəlakətdən qaçmağın yeganə yolu hakimiyyətdən ya bilərəkdən, ya da savadsızlıqdan bu işə cəhd edənləri uzaqlaşdırmaqdır. Bizim həm də öz təhlükəlisizliyimizin təmin olunduğu regionda qüvvələr balansını pozmaq haqqımız yoxdur. Əks halda bu balansın pozulmasının xarabalıqları altında qalacağıq”, – deyə o bildirib.

Загрузка...
Загрузка...