Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu

Baxış sayı: 
245
0  
0  

 
Salam Azərbaycan və Salam əziz və Qeyrətli olan Xalqımın nümayəndələri.. İnanıram ki, bu Məktubumu bütün Azərbaycan oxuyacaq və ürək ağrısı ilə oxumayanlara da yayımlayacaq…
Mən 1992 ci ildə Xocalıda əsir götürülən qızlardan biriyəm. O zaman mənim 15 yaşım var idi, artıq 40 yaşındayam.. Mənimlə bərabər burda bir çox əsirlər olub və var, bəziləri isə artıq dünyalarını dəyişiblər.. Sizləri çox yormaq istəmirəm, sadəcə bizlərə görə narahat olanlar və olmayanlar üçün, özümüz və burdaki vəziyyət haqqında,çox çətin və göz yaşı içində məlumat vermək niyyəti ilə bu məktubu yazıram… Düzdü mən hər şeyi,Xocalıda və ondan sonra olanların hamısını bir məktuba sıgdıra bilmərəm,çünki bizim hər günümüz sizlərdən fərqli olaraq XOCALI  faciəsi günü kimi keçir… Beləliklə mən əsir düşəndə Anamla birlikdə idim, bizləri o soyuq və şaxtalı havada günlərlə ac susuz saxladıqdan sonra yerimizi dəyişdilər, bizləri bir hərbi hissəyə gətirdilər və əsgərlərin qablarında artıq qalan tulantı yeməkləri bir böyük qazana töküb gətirib atdılar qabagmıza, inanın elə həvəslə elə iştahla yeyirdik ki o tulantılar,sanki “Bayram Aşı” yeyirdik… “Sagolsunlar” bizə bir vedrə suda verdilər, ama su vedrəsinin içinə 4 , 5 erməni tüpürüb sora gətirib qoydular qabagmıza.. Çarəmiz yox idi,günlərlə susuz qaldıgımız üçün,məcbur idik o suyu içməyə.. O suyuda elə içirdik ki, sanki “Su Çərşənbəsi” günü bulagdan evə gətirib niyyət edib həvəslə o suyu içdiyimiz kimi.. Beləliklə artıq ilk gün verildiyi qayda şərti ilə hər gün “yeməyimiz” və “suyumuz” var idi.. Bir neçə gün sonra bizə “şad” xəbər verdilər,dedilər ki hazırlaşın sizi yuyunmanız üçün hamama aparırıq.. Çox sevinmişdik, çünki artıq 2 ay olardı yuyunmurduq, ayaqyoluda əsir qaldıgımız padvalın içində olduguna görə çox pis halda idik.. Beləliklə bizi hamama gətirdilər, əsgərlərin yuyundugu hamama.. Hardasa 30 nəfərə yaxın müxtəlif yaşda qadın əsirlər idik və ən kiçiyi mən idim.. Həə əzizlərim, bizi saldılar hamama, hamamda isə bizi hardasa 80 ,90 nəfərə yaxın erməni əsgəri gözləyirmişlər…
O hamamda nələrin oldugunu, nələrin baş verdiyini, nə zülmlər çəkdiyimizi, necə qışqırıb agladıgımızı yazıb sizləri ürəy agrısına salmaq istəmirəm, sadəcə bunu deyim ki,bizləri ermənilər “çimizdirdilər” və hardasa təkcə 20, 30 nəfər tərəfindən mən zorlandım, digərlərini bilmirəm… Bu hal bir neçə dəfə baş verdi,sonra bizləri ermənilər öz aralarında paylaşdırdılar.. Yaşlı əsirlər əsgərlərin, cavanları zabitlərin.. Gündüzlər bizi çölə çıxardırdılar hava almaq üçün, çox vaxt əynimizi soyundurub musiqi qoşaraq oynama məcbur edirdilər, ilk günlərdə oynamaga etiraz etsəkdə sonra hər etiraz etdikdə döyərək bizi vərdiş etdirdilər hər şeyə.. Artıq nə deyirdilər edirdik və oqədər şey etdirirdilər ki,yaza bilmirəm,utanıram.. İllər keçdikcə yerimizi dəyişdilər,bəzilərimizi ayırıb harasa başqa yerə apardılar, anamın ürəyi partdayıb dünyasın dəyişdi bir iki il sonra,mənim qara günlərim anamdan sonra dahada çixaldı,çünki çox vaxt anam məni qorumaq naminə çox şeyi öz üzərinə götürürdü.. Dəfələrlə özümü öldürmək istədim,edə bilmədim… Hər dəfə intihar etmək istədikdə içimdə bir ümid yaranırdı ki,bir gün bitər bu əsarət.. Mən xalqımın Qeyrətinə,qeyrətli ogullarına, qızlarına bələdəm.. Bilirəm ki çoxunuzun ürəyi yanır orda, və əlinizə fürsət düşərkən nəsə edirsiz.. Xalqımın,Ramillər kimi, Fəridlər kimi, Mübarizlər kimi, Çingizlər və digər bu kimi ogullarının çox oldugunu bilirəm və buna əminəm ki bir gün o ogullar bizləri bu əsarətdən qurtaracaqlar.. Keçən il Aprel döyüşləri başladıqda o qədər sevinmişdik,o qədər sevinc içində idik ki, artıq torpaqlarımızın və bütün əsirlərin Azad olunacagı ümidimiz daha da çoxaldı.. Allahın izni və Qeyrətli ogullarımızın vasitəsi ilə Tezliklə bu ümidimiz gerçəkləşər və bizdə ürəkdən sevinərik.. Hal hazırda adını qeyd edə bilmədiyim yerdə Azərbaycan Tv kanallarını izləyə bilirəm. Azərbaycanın və ümümən xalqımın ugurlarını əsirlikdə olsamda görüb sevinirəm, ama bu sevincim elədə çox sürmür.. Televiziya kanallarında olan gündəlik proqramlara baxdıqda bəzən elə bilirəm ki biz əsirlərə acıg verilir.. Şou proqramlar, əyləncəli proqramlar, mügənnilərin dartışmaları, şou biznesdə baş verən qarşı durmalar, mügənnilərin yekə yekə danışmaqları, mənasız seriyallar, təm təraglı konsertlər, bayram tədbirləri və digər bu kimi çox verlişlər… Bununla mən xalqıma və tv kanallarına hər gün matəm içində olmalarını demək istəmirəm və bu mümkündə deyil,çünki biz insanıq, hər şeyə ramən deyib gülmək fitrətimizin təcəssümüdür.. Bayramda keçirin, əzizlərinizlə deyin-gülün,həyatınızı və işlərinizi xoş əhval ruhiyədə keçirin,bu sizin haqqınızdır…
Amma nə olar ki, o verlişlərlə yanaşı, Qarabağ haqqında da ,erməni elində olan əsirlerimizin taleyindən də verilişlər yayımlayasız , əsir düşənlərin axtarılmasından danışasınız, bizdə orda vətəndə bizi düşünənlər var deyə sizlere güvenek.. O şou biznes xəbərləriniz, mügənnilər və mügənnilərin sərgüzəştləri haqqında olan xəbərlərinizlə yanaşı Vətəndən didərgin düşüb canını Vətənə fəda edeb igid oğullar ve qızlarımızdan da söhbet açıb onları xatırlayasınız!.. O mənası, amalı bilinməyən, insan mənəviyyatına və insanların psixologiyasına bir başa zərbə vuran seriallarınızla yanaşı – su əvəzine erməni tüpürcəyi içən biz əsir qadınlarımızdan da gözəl serial çekmek olar…amma yox çekmək istəsəz də sizə sponsorluq edən olmaz, çünki o zəngin paralı kişilərimiz bizi əsla düşünməz, azerbaycan qadınının əsirlikdə ərməni təcavüzünə necə məruz qaldığını bilsələr belə!!!
 
RealMedia.az

Загрузка...
Загрузка...