​Erməni əsgərin meyiti tapıldı - Postda müəmmalı hadisə

Baxış sayı: 
38
1  
0  

19 yaşlı hərbçinin meyiti postda aşkar edilib
 
Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.
 
Sputnik Ermənistan-ın verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.
 
Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.

Загрузка...
Загрузка...