Erməni qadın deputat həmkarını seksual təhdiddə ittiham etdi - VIDEO

Baxış sayı: 
142
0  
0  

 
 
Yerevan Ağsaqqallar şurasının (şəhər şurası) iclasında “Əriklər ölkəsi” partiyası fraksiyasının üzvü Marina Xaçatryanın Ermənistan Respublikaçılar Partiyasından deputat Edmond Kirakosyan tərəfindən seksual təhdidə və döyülməyə məruz qaldığı dava baş verib.
 
Virtualaz.org xəbər verir ki, Xaçatryanın Ermənistan KİV-lərinə bildirdiyinə görə, o, partiya fraksiyasından deputatlarla birlikdə iclasa Yerevanın Nubaraşen rayonundan çirkli axıntı sularını qablara dolduraraq gətirib. Məqsədi həmkarlarını rayonun kanalizasiya sisteminin təmirə ehtiyac duymasına inandırmaq olub.
 
Qabların içərisindəki maye zalda üfunətin yayılmasına səbəb olub. Marina Xaçatryan “nümunələr”dən birini Yerevanın meri Taron Markaryana təqdim etmək istəyib.
 
Bu, hakim Respublikaçılar Partiyasının təmsilçilərinin qəzəbinə səbəb olub.
 
Bir neçə deputat yerindən qalxaraq davaya başlayıblar və davanın gedişində Marina Xaçatryana zərbələr vurulub, qolların dartılıb, saçları yolunub. Bundan sonra Xaçatryan bəyan edib ki, ona qarşı seksual təhdid olunub və bunun əvəzində respublikaçı Edmond Kirakosyana şillə vurub.
 
“Mən heç kimə imkan vermərəm ki, əynimdən paltarımı çıxarsın və döşlərimə, bədənimə toxunsun. Ara qarışıqda bunu dərk edən kimi həmin adamı özünə gətirmək üçün şillə vurdum. Bəxti gətirdi ki, orda yer dar idi, yoxsa ayağımın da gücünü hiss edəcəkdi”, - o deyib.
 
Ermənistan polisi artıq məlumat verib ki, hadisə ilə bağlı materialları hazırlayır.

Загрузка...
Загрузка...