Erməni politoloq: “Nikol Paşinyanın Münhendə Qarabağla bağlı mövqeyi oldquca zəif idi”

Baxış sayı: 
49
2  
0  

 
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Münhen təhlükəsizlik konfransında açıq debatı Ermənistan mediasının və siyasi ekspertlərin əsas mövzularından birinə çevrilib.
 
Erməni tərəfi debatda hazırlıqsız olduğu görünən Nikol Paşinyana sərt tənqidlər yönəldirlər.
 
“Bağlı qapılar arxasında müzakirə başqa, iki dövlət rəhbərinin mübarizə apardığı açıq mətbuat konfransında danışmaq başqa məsələdir. Birincidə nəyin müzakirə olunacağı əvvəlcədən bilinməsə də, hər halda təxmin etmək mümkündür. Lakin mətbuat konfransı mitinqə bənzəyir. Bu, sənin üçün İrəvanda, meydanda çıxış etmək deyil. Buna əməlli-başlı hazırlaşmaq lazımdır”.
 
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir erməni politoloq Aleksandr Minasyan tərəfindən səsləndirilib.
 
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın simasında erməni tərəfinin bəyanatları və gətirdikləri əsaslar çox zəif təsir bağışlayıb. “Paşinyanın “böyük Tiqran” və Ermənistandakı inqilab haqqında fikirləri sönük təsir bağışladı. Hətta aparıcı belə onun nə demək istədiyini başa düşmədi”, -deyə A.Minasyan qeyd edib.
 
Erməni ekspertin fikrincə, bu cür dəlillər Rusiya, ABŞ, Avropa Birliyi kimi iri dövlətlərin xoşuna gəlmir. Çünki həmin vaxt heç həmin dövləltərin özləri mövcud olmayıblar və bu cür bəyanatlar ölkələrin qürürunu zədələyə bilər.
 
“Əgər Paşinyan bu yola baş vurdusa, onu ağılla və səliqəli şəkildə təqdim etməli idi. Ümumiyyətlə, tarixin dərinliyinə getməyin heç bir mənası yoxdur, çünki burada hüquqi sübutlar tarixi əsaslardan daha çox önə çıxır”,-deyə o bildirib.
Xocalı mövzusuna da toxunan erməni ekspert həyasızılıqla qətliamın Azərbaycan millətçiləri tərəfindən törədildiyini söyləyərək erməni tərəfinin bununla mövqeyinin açıq olduğunu deyib.
 
Musavat.com

Загрузка...
Загрузка...