Erməni ordusunda rekord itkilər - bir ayda 12 hərbçi...

Baxış sayı: 
82
2  
0  

 
Düşmən ölkə işğalın ağır bədəlini yaşayır;  baş nazir başını itirib - müharibə olsa, Ermənistanı hansı fəlakət gözləyir?..
2020-ci ilin ilk ayları Ermənistanın işğalçı ordusu üçün rekord həddə itkilərlə yadda qalıb. Ermənistanın İstintaq Komitəsi təkcə fevralın 12-də işğal edilmiş Azərbaycan ərazilərində iki hərbçinin ölümü ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, həqiqi hərbi xidmətə çağırılmış Tiqran Manvelyanın və Tiqran Mxoyanın ölümü ilə bağlı cinayət işi qaldırılıb. Onların hər ikisi baş nahiyəsindən güllə yarası alıb və hər ikisi hospitala aparılarkən yolda ölüb.
 
Cinayət işi təhdid, qəddar rəftar və insan ləyaqətinin periodik olaraq alçaldılması yolu ilə intihara məcbur etmə maddəsi üzrə qaldırılıb. Məlumata görə, erməni hərbçilər Dağlıq Qarabağda müxtəlif hərbi hissələrin məsuliyyət zonasında olan postlarda olarkən özlərini öldürüblər. Yəni intihar ediblər. İnsidentlərdən biri təmas xəttinin Füzuli-Xocavənd istiqamətində, digəri şimal-şərq istiqamətində baş verib.
 
Bütövlükdə isə təkcə yanvar ayında intihar aktları da daxil, 12 erməni hərbi qulluqçusu öz həyatını itirib. Müqayisə üçün bildirək ki, keçən ilin 9 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 39 hərbiçisi ölüb. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yaymışdı. Amma indi bir ayda 12 canlı itki var. Onların da əksəri işğal altındakı hərbi hissələrdə qeydə alınıb.
 
*****

 
Xüsusən də Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında intihar hallarının, yaxud əsgərlərin bir-birini güllələməsi hallarının xeyli artması və adiləşməsi düşmən ölkədə geniş ictimai rezonans doğurub. Artıq Nikol Paşinyan hökuməti orduda vəziyyəti düzəltmək iqtidarında olmamaqda günahlandırılır. Baş nazir isə hökumətin iclasında bildirib ki, məsələni həm müdafiə naziri, həm də Baş Qərargah rəisi ilə müzakirə edib. Bildirib ki, orduda baş verən insidentlərin səbəbi cəmiyyətdə kriminal subkulturanın geniş yayılması, gənclərin “oğru qanunlarına” meyl etməsidir.
 
Amma əsl səbəb əlbəttə ki, işğalçı orduda baş alıb gedən başıpozuqluq, kök salan korrupsiya və “dedovşina”dır. Ordu cəmiyyətin bir parçası olduğundan, aydındır ki, ac-yalavac, kriminal millətin ordusu da özünə oxşayacaq. Əsgərinə düz-əməlli yemək, pal-paltar tapmayan Ermənistan üstəlik, Azərbaycanın işğal altındakı 20% ərazisinə də nəzarəti saxlamalıdır. Bu isə böyük həcmdə əlavə maddi-texniki vəsait tələb edir.
 
Bundan başqa, davam edən müharibə vəziyyəti, hər an başlaya biləcək hərbi əməliyyatlar gənc əsgərlər arasında fərarilik, çağırışçılar arasında isə hərbi xidmətdən yayınma hallarının sayını ilbəil artırır. Yeri gəlmişkən, rəsmi statistikaya görə, hazırda 3400-dən çox erməni gənci haqda hərbi xidmətdən yayınmaqla bağlı cinayət işi qaldırılıb. Onların hamısı axtarışdadır.
 
*****
 
ermənistan ordusunda musavat.com ile ilgili görsel sonucu
 
Ordudakı acınacaqlı durum Ermənistan parlamentində də narahatlıq və hiddət doğurub. “Yeni Müsavat”ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bununla bağlı deputatlardan biri Amen Abovyan özünün facebook səhifəsində yazıb: “Mən heç cür başa düşə bilmirəm ki, niyə və nədən bu hərbçilər həlak olub. Mən anlamıram ki, 12 əsgər nəyin üstündə həlak olub. Mən səbəbləri araşdırır, səbəblərlə bağlı rəsmi versiyaları oxuyuram. Amma yenə mən başa düşmürəm və qəbul eləmirəm ki, belə şey necə baş verə bilər... Mən deyirəm ki, kriminal subkultura burda günahkardır və ya hansısa abstrakt səbəb var. Əslində isə bu, bir problem deyil, hətta bir neçə problem də deyil. Bu - nəhəng həcmli  problemlər toplusudur, hansı ki, erməni əsgərlərinin həyatını özü ilə götürüb aparır”.
 
ermənistan ordusunda musavat.com ile ilgili görsel sonucu
 
Əlbəttə ki, Ermənistan ordusunun itkiləri davan edəcək. Həm də artan templə. Ona görə ki, işğal rejimi davam etdikcə Ermənistan adlı psevdo-dövlətin Azərbaycan və Türkiyə tərəfindən sərt blokadası da qalacaq. Bunun ağır nəticələrini isə işğalçı ölkə getdikcə daha qabarıq hiss edəcək. O cümlədən öz işğalçı ordusunun timsalında.  Buna da şübhə yox ki, düşmən ölkə üçün işğalın bədəli ildən-ilə böyüyəcək. Çünki yad torpaqları zəbt eləmək olar, ancaq orada rahat mövcud olmaq, məskunlaşmaq mümkün deyil. Gənc erməni əsgərləri üçün isə bu ikiqat psixoloji yük, əzabdır. Üstəgəl, baş üstündə “Domokl qılıncı” kimi asılan müharibə təhlükəsi.
 
Məsələ də ondadır ki, erməni ordusunda yaşanan və artmaqda olan intiharlar, habelə başqa canlı itkilər, o sırada Azərbaycan gülləsindən ölüm halları ilk növbədə Qarabağ konfliktinin ədalətli həllini süni şəkildə uzadan və müharibəni yaxınlaşdıran, heç vaxt  reallaşmayacaq iddialarla yaşayan Ermənistan rəhbərlərinin olmayan vicdanındadır. İrəvan rəsmiləri həqiqətən də orduda əsgər ölümünün sayının azalmasını və ya minimuma enməsini istəyirlərsə, o zaman bundan başlamalıdırlar - Qarabağ məsələsinin tezliklə həlli üçün Azərbaycanla dil tapmaq. Yolu bəlli...
 
“Yeni Müsavat”ın analitik xidməti

Загрузка...
Загрузка...