Erməni kommunistlər seçkiləri boykot etdi: “Rusiya əleyhinə...”

Baxış sayı: 
51
1  
0  

Ermənistan Kommunist Partiyası qarşıdan gələn növbədənkənar parlament seçkisini boykot edib.

Turaninfo.org Teleqraf.com-istinadən xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda bildirilib.

Kommunist Partiyası başlanğıcdan etibarən namizədlərə bərabər seçki şərtlərinin yaradılmamasının, həmçinin seçkinin tələm-tələsik keçirilməsinin, o cümlədən anti-Rusiya qüvvələrinin fəaliyyətinin və Rusiya kompaniyasına qarşı cinayət təqibi başladılmasının boykot səbəblərindən olduğunu vurğulayıb.

Kommunistlər hesab edirlər ki, ölkədə qeyri-sağlam siyasi atmosfer hökm sürür.

“Əvvəlki hakimiyyətin anti-demokratikliyini və hazırkının zahiri demokratiyasını nəzərə alaraq, Kompartiya parlament seçkisini boykot edir”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək..

Загрузка...
Загрузка...