Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."

Baxış sayı: 
136
2  
0  

 
 
2014-cü il noyabrın 12-də Azərbaycan sərhəddini pozan erməni helikopterini vuran və “Vur, komandir, vur!” şüarı ilə məşhurlaşan MAXE İlkin Muradov Moderator.az-a açıqlamasında yaşadığı rayonda yollarının bərbad vəziyyətdə olduğunu və aidiyyatı qurumların buna laqeyd yanaşdığını bilirib.
 
O, 34 kilometr uzunluğu olan yolun təmir edilməsi üçün aidiyyatı qurumlara müraciət edib:
 
“Yaşadığımız Neftçala rayonunun Şorsulu-Xəzərkənd yolu bərbad vəziyyətdədir. Kənd sakinləri olaraq yolun təmir edilməsi üçün dəfələrlə rayonda aidiyyatı qurumlara müraciət etsək də, heç bir tədbir görülməyib. Otuz dörd kilometr uzunluğu olan bu yoldan iyirmi yeddi min əhali istifadə edir. Aidyyatı qurumlar isə bu yolun təmiriylə bağlı nədənsə bir şey fikirləşmək niyyətində deyillər. Sizin vasitənizlə müvafiq dövlət qurumlarına, şəxsən AAYDA rəhbəri Saleh Məmmədova müraciət edirəm və xahiş edirəm ki, bir tədbir görsünlər. Yollarımız bərbad vəziyyətdədir”.

Загрузка...
Загрузка...