Erməni deputatdan şok: Qarabağı belə ələ keçirdik

Baxış sayı: 
139
1  
0  

Erməni deputat Mqer Sedrakyanın 2014-cü ildə səsləndirdiyi fikirlər Ermənistan ictimayətində müzakirəyə çevrilib.
 
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə erməni istifadəçilər Sedrakyanın hələ 2014-cü ildə Rusiya ilə baglı sensasyon fikirlərini bölüşməyə başlayıb.
 
Belə ki, “Azadlıq” radiosunun erməni bölümünə videomüsahibə verən erməni deputat İrəvanın Kremldən nə dərəcə asılı vəziyyətdə olduğunu dilə gətirib.
 
“Ruslar olmasaydı, bizi çoxdan yoxa çıxarardılar. Məgər rusların əli altında olmaq bizim üçün pisdir? Yadınıza 1991-ci ili gətirin. Məgər Qarabağda biz qələbə qazandıq? Əgər Moskvanın dəstəyi olmasaydı, biz bu günə qədər Qarabağı əlimizdə saxlaya bilərdik? Ümumiyyətlə, sizcə, bizim ordu ruslarsız Qarabağa girə bilərdi? Əlbəttə ki, bunların hamısı Rusiyanın köməyi ilə başa gəlib”, - deyə Sedrakyan qeyd edib.

Загрузка...
Загрузка...